t s

» » Qəfil karlığa aparan xəstəliklər – Əlamətləri, müalicə üsulları

Qəfil karlığa aparan xəstəliklər – Əlamətləri, müalicə üsulları

12-08-2019, 19:18 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
Qəfil karlığa aparan xəstəliklər – Əlamətləri, müalicə üsulları
Mütəxəssislər anidən eşitmə qabiliyyətinin itirilməsinə diqqət çəkir. Onların sözlərinə görə, bu problemə şəkər, yüksək təzyiq, xolesterin və yuxarı tənəffüs yolu iltihabı keçirənlərdə müşahidə edilir. Medicina.az xəbər verir ki, bu barədə türkiyəli həkim Servet Karaca danışıb.

Qulaq-burun-boğaz mütəxəssisi Dr. Servet Karaca deyir ki, sinirlə əlaqəli olan problemlərdə 3 günlük karlıq olur. Daha çox müddət davam etsə, mütləq təcili müayinə lazımdır.


Anidən eşitmənin itirilməsinin səbəbləri
"İlkin olaraq damarlarda yaranan problem, yüksək təzyiq və xolesterindir. Bu zaman insanlarda damar tıxanması meydana gəlir. Qulağa gedən damarlarda tutulma olan kimi eşitmə zəifləyir, hətta tamamilə karlıq da ola bilir. Bundan başa xroniki böyrək çatışmazlığı olan adamlarda dializdən sonra karlıq olur. Bu bəzən müvəqqəti olmaya bilir.

Dad və iy bilmə qabiliyyətinin itirilməsi
Həkim bildirib ki, ikinci səbəb isə yuxarı tənəffüs yolu iltihabıdır: "Nə vaxtsa bu problemlə üzləşmisinizsə, yaxın müddətdə karlıqla bağlı risk daşıyırsınız. Meningit, qulaqdibi, qızılca, suçiçəyi kimi xəstəliklər müvəqqəti eşitmə probleminə yol aça bilər. Bu dad və iy bilmə qabiliyyətini də zəiflədir. Hətta bəzən müvəqqəti itir. Təcili həkimə müraciət etmək lazımdır. Əks halda fəsadları ağır ola bilər”.


B12 VİTAMİNİ ÇATIŞMAZLIĞINA DİQQƏT

Səbəbi bilinməyən ani eşitmə problemi sıxlıqla müşahidə edilir. Həkimin sözlərinə görə, konkret səbəb tapılmır.
"Həqiqətən də səbəb tapılmır. Amma bu hadisələrdə əksərən virusların səbəb olduğu təsdiqlənir. Digər tərəfdən, sinir şişlərinin tarazlığı (eşitmə sinirini sıxaraq), beyin şişləri, eşitmə sinirinin əzilməsi və ya yıxılma nəticəsində travma və ya daxili qulaqda zədələnmə, B12 vitamini çatışmazlığı eşitmə itkisinə yol açır. Bütün səbəbləri nəzərə alaraq həmin xəstələr xəstəxanaya yerləşdirilməli və sistematik çoxsaylı müalicə almalıdırlar".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
21:17 Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? (RƏY) Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir. Mütəxəssislər "Report”a
22:45 Vitamin çatışmamazlığının əlamətləri bunlardır 1. Görmə problemləri Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığına işarə ola bilər. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gözdə kseroftalmi, yəni göz ağı və kormea parlaqlığını itirərək gecə korluğu kimi problemlər
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az