t s

» » Polislərlə bağlı yalan yayan şəxs... – İdarədən açıqlama

Polislərlə bağlı yalan yayan şəxs... – İdarədən açıqlama

12-08-2019, 18:05 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
Polislərlə bağlı yalan yayan şəxs... – İdarədən açıqlamaSosial şəbəkələrdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumat xarakterli video-müsahibə yayılıb. Müsahibə verən şəxsin iddiaları ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılmaqla, müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub.

Bu barədə Mediaxeberleri.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü məşğul olan Məmmədov Tural Elman oğlu cari ilin yanvar ayının 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi “Niva” markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib:

“O, qanunsuz hərəkətlərini davam etdirərək avtomaşından düşüb E.Hacıyevi döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib. Faktla bağlı yanvar ayının 28-də Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 21.06.2019-cu il tarixdə Tural Məmmədov CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib".

E.Hacıyev qeyd edib ki, Tural Məmmədov ictimai təhlükəli əməllərini pərdələmək üçün polis əməkdaşlarının ünvanına əsası olmayan ittihamlar səsləndirib: "Faktlar o həqiqətin göstəricisidir ki, yalan onun sığınacağıdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az