t s

» » Əsgərlərimiz fərari ermənini saxladı

Əsgərlərimiz fərari ermənini saxladı

12-08-2019, 18:01 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
Əsgərlərimiz fərari ermənini saxladıAvqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
08:40 Azərbaycandakı əsir erməni diversantlar Paşinyanın başağrısına çevrilir Erməni baş nazir nədən əsirləri dəyişmək istəmir? Emənistanın Berdavan kəndinin sakinləri baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar. Kənd
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az