t s

» » Qazaxda müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub

Qazaxda müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub

12-08-2019, 17:03 Yazar:  Firuzə Baxılıb: 59 Çap et
Qazaxda müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub
Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub. Rayonda Qurban bayramı münasibətilə bayram namazı qılınıb, xütbələr oxunub, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənib, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunub.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, aztəminatlı ailələrə, ümumilikdə 1300-ə yaxın ailəyə qurban payları verilib. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən də 371 ünvanlı sosial yardım alan ailəyə bayram sovqatı paylanılıb.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu bayram günündə ömrünün ahıl çağlarını yaşayan uzunömürlü insanlar da yad edilib. Bayram münasibətilə aparatın məsul işçiləri rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı, Aslanbəyli kəndlərində onların evlərində qonaq olub, ən zəngin tarixi köklərə sahib olan Qurban bayramlarını təbrik ediblər. Rayon rəhbərliyinin səmimi salamlarını və bayram təbriklərini çatdırıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:08 Qazaxda “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib - FOTOLAR Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. Mediaxeberleri.az
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az