t s

» » Paytaxt polisi küçə ticarətinə və antisanitariyaya qarşı mübarizə tədbirlərini davam etdirir

Paytaxt polisi küçə ticarətinə və antisanitariyaya qarşı mübarizə tədbirlərini davam etdirir

12-08-2019, 14:13 Yazar:  Firuzə Baxılıb: 86 Çap et
Paytaxt polisi küçə ticarətinə və antisanitariyaya qarşı mübarizə tədbirlərini davam etdirir
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirləri diqqət mərkəzində saxlayır.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Metro stansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət polis tərəfindən aradan qaldırılıb.

“Diqqətə çatdırırıq ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən mənfi sosial hallara qarşı mübarizədə fəallıq göstərməlidir”, - deyə E.Hacıyev vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:08 Bakı polisi küçə ticarətinin yaratdığı iyrənc vəziyyətə qarşı Bakının görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər keçirir. Bu barədə Mediaxeberleri.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
13:33 Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd - Tural Yusifov yazır... Dövlət yol polisinin inspektoru sənin qanunu pozduğunu bildirir, sən isə əksini düşünürsən. Bu mübahisəni sonlandırmaq üçün mütləq ya kitaba baxmalısan, ya da internetdə axtarış etməlisən. Amma yaxşı olar ki, bir neçə maddəni əzbər biləsən. Nəzəri olaraq, sürücü YHQ-nin bütün maddələrini əzbər
13:13 Piyada keçidlərini qaçaraq keçməyə məcbur qalırıq - ŞƏRH Bakı şəhərində piyada keçidləri bir çox halda səhv təşkil olunub və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin edilməyib. Paytaxtın əksər istiqamətlərində piyada keçidinin olduğunu göstərən nişanlar qoyulsa da, işıqlandırma yoxdur, asfalt örtüyü üzərindəki zolaqlar isə, demək olar ki görünmür.
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
08:40 Türkiyəyə məxsus "Pegasus Airlines" şirkəti Elşad Məmmədova qarşı dələduzluq edib - İTTİHAM Sərnişinin qeydiyyata alınmış baqajının, yükünün və əl yükünün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə "Pegasus Airlines" məsuliyyət daşıyır. Bu sözləri Mediaxeberleri.az-a Avropa ölkələrinin birində mühacir həyatı yaşayan Elşad Məmmədov bildirib. Aldığımız məlumatlara görə, "Pegasus

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az