t s

» » Deputatlar qurban kəsib imkansızlara paylayır? - SORĞU

Deputatlar qurban kəsib imkansızlara paylayır? - SORĞU

12-08-2019, 13:59 Yazar:  Firuzə Baxılıb: 72 Çap et
Deputatlar qurban kəsib imkansızlara paylayır? - SORĞUBu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.

Mediaxeberleri.az Milli Məclisin bir neçə deputatı arasında qurban kəsib-kəsməməsi ilə bağlı sorğu keçirib.

Deputat Vahid Əhmədov bildirib ki, hazırda təmsil etdiyi Quba rayonundadır və qurban kəsərək Quba sakinlərinə paylayıb.

Millət vəkili Kamilə Əliyeva isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib və qurban kəsdiyini əlavə edib:

“Gözümü açandan ailədə görmüşəm ki, atalarımız, analarımız, babalarımız qurban kəsərək paylayıblar. Mən də bu ənənəni davam etdirirəm. Qurbanlarımı kəsmişəm və paylayıram. Allah hamının kəsdiyi qurbanları qəbul eləsin”.

Deputat Fəzail Ağamalı da qurban kəsdiyini və qonşular, imkansızlar arasında payladığını vurğulayıb.

Millət vəkili Rüfət Quliyev də qurban kəsənlər arasındadır:

“Mən də, oğlanlarım da qurban kəsib. İslam adəti ilə kəsdiyimiz qurbanlıq heyvanların ətinin bir qismini özümüzə saxladıq. Yerdə qalanını isə kasıblara payladıq. Mən həmişə bizim ailədə belə görmüşəm”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az