t s

» » Bakıda dəyişkən buludlu, rayonlarda şimşək, dolu

Bakıda dəyişkən buludlu, rayonlarda şimşək, dolu

12-08-2019, 13:55 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
Bakıda dəyişkən buludlu, rayonlarda şimşək, doluAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 60-70 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Sabah Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-26° isti təşkil edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:05 Sabaha gözlənilən hava şəraiti açıqlanıb Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
13:48 Şimşək çaxacaq, dolu düşəcək - Üç günün havası Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
13:28 Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir - Belə deyirlər... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Mediaxeberleri.az-a verdiyi məlumata görə: Bakıda və Abşeron yarımadasında Avqustun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək
14:55 Leysan və dolu gözlənilir- hava xəbərdarlığı Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz
15:10 Sabah Azərbaycanda hava yağışlı və küləkli olacaq-Belə deyirlər Proqnoz açıqlandı. İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, səhər və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az