t s

» » Bağçaları idarə edən qurumun işçilərinin maaşı artırıldı

Bağçaları idarə edən qurumun işçilərinin maaşı artırıldı

12-08-2019, 11:42 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
Bağçaları idarə edən qurumun işçilərinin maaşı artırıldıBakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, bu sahədə idarə rəisinin maaşı 517 manatdan 720 manata, idarə rəisi müavininin maaşı 374 manatdan 520 manata, baş mühasib, sektor müdirinin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavini, baş məsləhətçinin maaşı 319 manatdan 445 manata, Metodiki Mərkəzin müdirinin maaşı 308 manatdan 430 manata, aparıcı məsləhətçinin maaşı 297 manatdan 415 manata, məsləhətçinin maaşı 292 manatdan 405 manata, metodistin maaşı 281 manatdan 390 manata, bölmə rəhbərinin maaşı 270 manatdan 375 manata, böyük iqtisadçı, böyük mühasibin maaşı 264 manatdan 370 manata, aparıcı mühasibin maaşı 253 manatdan 350 manata, iqtisadçı, mühasib, kompüter üzrə mütəxəssisin maaşı 242 manatdan 340 manata, sürücünün maaşı 210 manatdan 320 manata, katibə-kompüter operatorunun maaşı 210 manatdan 295 manata, xadimə və fəhlənin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:34 İcra hakimiyyəti orqanlarının mühasiblərinin maaşları ARTIRILDI İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları
09:36 Bu şəxslərin maaşları artırıldı - SİYAHI Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Mediaxeberleri.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan
08:39 Bu işçilərin maaşları artırıldı - Nazirlər Kabinetindən QƏRAR Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb. Mediaxeberleri.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin
12:30 Bu şəxslərin maaşı artırıldı - Baş nazir qərar İMZALADI “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının,
10:12 Bakı meriyasının bağça biznesində kilid adam – Eldar Yunusov Hökumət gələn il üçün büdcədə uşaq bağçalarının ərzaq xərclərini 2018-ci ilə nisbətən birdən-birə 6 dəfəyə yaxın artıraraq 17 mln. manatdan 99.3 mln. manata çatdırıb. Məsələ rəqəmlərdə deyil. Digər məqamlara keçməzdən öncə cumhuriyyet.az olaraq iqtisadçı ekpert Rövşən Ağayevin son büdcə dəyişikliyi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az