t s

» » İcra hakimiyyəti orqanlarının mühasiblərinin maaşları ARTIRILDI

İcra hakimiyyəti orqanlarının mühasiblərinin maaşları ARTIRILDI

12-08-2019, 11:34 Yazar:  Firuzə Baxılıb: 77 Çap et
İcra hakimiyyəti orqanlarının mühasiblərinin maaşları ARTIRILDIİcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, regional mədəniyyət idarələrində, Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələrində mövcud olan baş mühasiblər istisna olmaqla, baş mühasiblərin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavininin maaşı 315 manatdan 440 manata, bölmə rəhbəri və qrup rəhbərinin maaşı 308 manatdan 430 manata, böyük mühasib və böyük iqtisadçının maaşı 303 manatdan 420 manata, aparıcı mühasib və aparıcı iqtisadçının maaşı 297 manatdan 410 manata, mühasib və iqtisadçının maaşı 292 manatdan 405 manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan 375 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:36 Bu şəxslərin maaşları artırıldı - SİYAHI Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Mediaxeberleri.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan
08:39 Bu işçilərin maaşları artırıldı - Nazirlər Kabinetindən QƏRAR Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb. Mediaxeberleri.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin
12:30 Bu şəxslərin maaşı artırıldı - Baş nazir qərar İMZALADI “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının,
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
19:17 Prezident uşaqlarla bağlı qanun imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun 4-cü

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az