t s

» » “Kənddən Şəhərə” yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata təklif olunur

“Kənddən Şəhərə” yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata təklif olunur

12-08-2019, 09:37 Yazar:  Firuzə Baxılıb: 62 Çap et
“Kənddən Şəhərə” yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata təklif olunur
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib k, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır. Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.

Mütəmadi olaraq xarici ölkələrin təcrübələrindən və müasir innovasiyalardan yararlanan qurum tərəfindən vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradıb. Bu ildən tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur. Vətəndaşların marağı və tələbatın çox olmasını nəzərə alaraq sifarişlərin qəbulu 11 avqust saat 23:59-a qədər uzadılıb.

“Kənddən Şəhərə” yarmarkaları avqustun 12-13-də 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək. Bu yarmarkalar AQTA tərəfindən müəyyən edilmiş kəsim məntəqələrinin yanında təşkil edilib və vətəndaşlar aldıqları qurbanlıqların elə yerindəcə islami qaydalara uyğun və sanitar-gigiyenik şəraitdə kəsimini həyata keçirə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri ödənişsiz olaraq aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:33 Qurban bayramı ilə bağlı üç qurum açıqlama yayıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirlikləri Qurban bayramı münasibəti ilə birgə açıqlama yayıb. Mediaxeberleri.az mətni təqdim edir: "Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh
20:00 Bakıda bayram yarmarkaları açıldı - FOTOLAR Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb. Mediaxeberleri.az xəbər verir ki, martın 2-dən 21-dək paytaxtın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə
11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az