t s

» » “Sarqsyanla Paşinyan arasında inqilab günlərində gizli razılıqlar olub” - Erməni mətbuatı

“Sarqsyanla Paşinyan arasında inqilab günlərində gizli razılıqlar olub” - Erməni mətbuatı

11-08-2019, 09:33 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
“Sarqsyanla Paşinyan arasında inqilab günlərində gizli razılıqlar olub” - Erməni mətbuatıNikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra köhnə iqtidar komandasına savaş açdı. Əsasən də “Qarabağ klanı”nın “ağır artilleriyaları” hesab olunan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan baş nazir Nikol Paşinyanın hədəfinə çevrildi.

Deputat, “Yerkrapah” könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə nazirinin müavini, general Manvel Qriqoryanın həbsindən sonra məlum oldu ki, Ermənistan ordusunda sistemləşdirilmiş korrupsiya mexanizmləri mövcuddur.

Robert Koçaryan da həbs olundu, lakin sonradan azadlığa buraxıldı. Əlbəttə ki, onun azadlığa çıxması Ermənistanın hökumət başçısı Nikol Paşinyanın istəkləri siyahısına daxil deyildi. Məhz buna görə də, Koçaryan yenidən dəmir barmaqlıqlar arasına göndərildi.
Ermənistan mətbuatında isə müzakirə olunan məsələlərdən biri də Serj Sarqsyanın niyə həbs edilməməsi ilə bağlıdır.

Bu yaxınlarda isə Serj Sarqsyanın Baden-Badendə istirahət etdiyi xəbərləri yayıldı ki, Ermənistan mətbuatı bunu Sarqsyanın inqilabı və cəmiyyəti ələ salması kimi dəyərləndirir.

“Ermənistanın indiki hakimiyyəti ölkədə 20 illik kriminal rejimə rəhbərlik edənlərə qarşı ən sərt siyasi qiymət verməkdən çəkinir. Dövlət quruluşuna qarşı addımlar atan cinayətkarlar hələ də həbsxanaya salınmayıb. Bu isə Ermənistanın suverenliyinə və təhlükəsizliyinə qarşı çevrilir”, – bunu Ermənistan parlamentinin deputatı Armen Babacanyan bildirib.

Serj Sarqsyanın, keçmiş baş nazir Ovik Abramyanın, sabiq maliyyə naziri Qaqik Xaçatryanın azadlıqda olması onu göstərir ki, Ermənistanda korrupsiya ilə mübarizə deklarativ xarakter daşıyır.

“Xüsusilə Serj Sarqsyanın epizodu üzrə məsələlər cəmiyyətdə bu versiyanı doğurur ki, Sarqsyanla Nikol Paşinyan arasında inqilab günlərində səhnəarxası razılıqlar olub”, - bunu Ermənistan mətbuatı yazıb.

Qeyd edilir ki, belə vəziyyət Paşinyanın reytinqinin daha da aşağı düşməsi ilə nəticələnir.
Nikol Paşinyan isə köhnə qvardiyaya qarşı savaş açdığı, Serj Sarqsyan tərəfindən yaradılmış sistemi düzəltmək üçün addımlar atdığı görüntüsünü yaradır.

Belə məqamda isə Serj Sarqsyanın azadlıqda gəzməsi və xaricdə rahat şəkildə dincəlməyi ortaya məntiqi sual çıxarır: Sarqsyan niyə həbs edilmir?

Əgər Ermənistanda köklü islahatlar yoxdursa, Nikol Paşinyanın korrupsiyaya qarşı mübarizənin effektivliyi barədə danışması yersizdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Qarabağda terrorçu qruplaşmalar arasında müharibə başladı - Ölən və yaralananlar var Şuşanın işğalında iştirak etmiş Qriqoryanın cinayətkar dəstəsi ilə "könüllülər" adlanan cinayətkar qruplaşma döyüşür Qarabağda Şuşanın işğalında iştirak etmiş general Manvel Qriqoryanın cinayətkar dəstəsi ilə Ermənistandan Qarabağa gəlmiş "könüllülər" adlı quldur dəstə arasında silahlı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az