İrəvanda “artsax”ın heç bir "institutu" olmayacaq: səbəb...
Qarabağın (keçmiş və qondarma xunta nəzərdə tutulur – red.) heç bir institutu Ermənistanda fəaliyyət göstərməyəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, bu “institutların” işləməməsi Ermənistanın təhlükəsizliyi məsələsidir. Erməni mediası bildirib ki, Ermənistan “artsax” sözünü lüğətdən çıxarır, "nümayəndəliy"ini bağlamağa hazırlaşır, bütün “qurumlar”, “universitetlər”, “idarələr” və “artsax ordusu” ləğv edilir.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: