t s

» » DİM sədri: Bu il 600 baldan yuxarı nəticələr çox deyil, keçid balları aşağı düşüb

DİM sədri: Bu il 600 baldan yuxarı nəticələr çox deyil, keçid balları aşağı düşüb

10-08-2019, 13:32 Yazar:  Firuzə Baxılıb: 69 Çap et
DİM sədri: Bu il 600 baldan yuxarı nəticələr çox deyil, keçid balları aşağı düşüb
İlkin nəticələrə əsasən, bu il ali məktəblərə qəbul olma faizi 88% təşkil edib.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu göstəricisi ötən il də eyni olmuşdu:



“Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.

M.Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını da açıqlayıb.

O bildirib ki, keçid balı imtahanda iştirak edən abituriyent və yerlərin sayının artıb-azalması, həmin ilin nəticələri, yəni yüksək və ya aşağı bal toplayanların nəticəsinə görə formalaşır: “Müxtəlif qruplarda nəticələr fərqlidir. Biz deyirdik ki, III qrupda müsabiqə vəziyyəti yüksək olacaq, nəinki II qrupda”.

DİM rəhbəri qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyidir:

“Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın bu ilki keçid balı 522,3 bal olub.

II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olunsa, bu il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa daxil olub.

III qrupda Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464,6 toplayan abituriyent qəbul olub. Bir faktı da qeyd edim ki, bu il 400-550 arası bal toplayanların sayı artıb”.

M.Abbaszadə əlavə edib ki, IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub:

“Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.

Müqayisələr onu göstərir ki, bu yerlər üzrə sıxlıq yüksəkdir. Yəni bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb. Bu nəticələrə subbakalavrların (kollec məzunları) mövcudluğu heç bir təsir göstərməyib”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:18 Ən populyar ixtisasların keçid balı AÇIQLANDI Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, DİM sədri hər ixtisas üzrə keçid ballarının formalaşmasının müxtəlif parametrlərdən asılı olduğunu deyib. O
12:21 Yüksək bal toplayıb, amma tələbə ola bilməyib: ixtisas seçimini necə etməli? - Mühüm açıqlama Abituriyentlər artıq ixtisas seçimlərinə başlayıb. Amma onların əzəli bir problemi var: düzgün seçim etməmək. Bəzən düzgün seçim etməməyin nəticəsi olaraq yüksək bal toplayan abituriyentlər ali məktəblərə qəbul ola bilmir, aşağı bal toplayanlar isə tələbə adını qazanır. Bu da onların topladıqları
14:22 Ali məktəblərə qəbul qaydaları dəyişdi – Yeni tələblər və şərtlər Mediaxeberleri.az-ın məlumatına görə, dəyişikliyə əsasən qəbul imtahanına dair tələblər dəyişib. Beləliklə, müvafiq tədris ili üzrə müsabiqədə iştirak edən abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq,
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az