t s

» » MİQ-29 qırıcısının düşdüyü yer bilindi - rəsmi

MİQ-29 qırıcısının düşdüyü yer bilindi - rəsmi

10-08-2019, 08:28 Yazar:  Firuzə Baxılıb: 135 Çap et
MİQ-29 qırıcısının düşdüyü yer bilindi - rəsmi
Təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür; Rusiya niyə prosesə gec qoşuldu- fərqli reaksiyalar...

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Qəzaya uğrayan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin də axtarışları davam edir.



Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazinin yerinin müəyyənləşməsi məlumatını MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli də təsdiqləyib. O, BAKU.WS-ə açıqlamasında deyib ki, özü də axtarış yerinə dəvət olunub: “Xəbər almışıq, hadisə yerinə gedirik. Ətraflı məlumata malik deyiləm. Yəqin ki, nəsə var ki, çağırıblar. Məni Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının rəsmisi Siyəzən rayonunun Zarat kəndinin ətrafında qurulmuş axtarış mərkəzinə dəvət edib”.

Qeyd edək ki, Rusiya da axtarış proseslərində iştirak edəcəyini açıqlayıb. Yayılan məlumatda deyilir ki, Xəzər donanmasının mütəxəssisləri Azərbaycanın qəzaya düşən MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edəcəklər. Bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev deyib. O, Xəzər donanmasının qəza-xilasetmə dəstələrinin mütəxəssislərinin artıq MiQ-29-un qalıqlarının axtarışlarına göndərildiyini bildirib. (Axar.az) Astafyev Azərbaycana dəstək üçün “Anatoli Qujvin” kiçik hidroqrafik gəminin, SB-45 yedək gəmisinin, çoxfunksiyalı mobil komplekslərlə komplekt edilmiş MMK-1-100 gəmisinin və 50 nəfərlik şəxsi heyətin Azərbaycana yardım üçün göndərildiyini bəyan edib. O, həmçinin axtarışlara Falkon, Super QNOM Pro sualtı aparatlarının da cəlb edilməsinin planlaşdırıldığını qeyd edib. Donanmanın 600 kvadrat kilometrlik və 40 metrlik dərinlikdə axtarışlar aparacağı, eləcə də axtarışlara 2 sutka sonra qoşulacağı vurğulanıb.


Ancaq bəzi müşahidəçilər sual edirlər: niyə qonşu Rusiya Azərbaycan qırıcısının və pilotun axtarış prosesinə xeyli gec qoşulub, yaxud da bununla bağlı mövqeyini yalnız indi açıqlayıb? Yeri gəlmişkən, bundan əvvəl İran, Rusiya və Qazaxıstanın hərbi gəmiləri Bakı limanlarınadək gəlmişdilər və onlar hərbi oyunlarda iştirakdan sonra geri döndülər. Ancaq Rusiya bütün bunlardan sonra kömək mesajını verdi. Qeyd edək ki, Rusiya kömək mesajını versə də, hələlik konkret addım atılmayıb, bu barədə ancaq mətbuatda bildirilib.

Məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı məlumat öyrənə bilmədik. Ekspert isə fərqli düşünür.

“Bunun sadə cavabı budur ki, Azərbaycan tərəf gec müraciət edib. Düşünüb ki, öz gücümüzlə həm təyyarəni, həm də pilotu tapa bilərik. Daha sonra Türkiyə tərəfinə müraciət etdi. Ancaq görünür, Türkiyə tərəfinin də axtarışları nəticə vermədiyindən, üstündən günlər və həftələr keçdiyindən, eyni zamanda cəmiyyət də narahat olduğundan Rusiyaya müraciət etmək məcburiyyətində qaldılar”. Politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi.



“Nəhayət ki, MiQ-29 təyyarəmizin yeri də məlum oldu və yaxın saatlarda təyyarənin qalıqlarının suyun üzərinə qaldırılması əməliyyatı həyata keçiriləcək”. “Eurasia Diary” xəbər verir ki, bunu hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb. “Mən buradan Müdafiə Nazirliyinin rəhbərlərinə səslənirəm: artıq axtarış-xilasetmə işlərinə Rusiya mütəxəssislərinin cəlb edilməsinə ehtiyac yoxdur. Əgər onlar bu prosesdə iştirak edəcəklərsə, biz heç vaxt təyyarənin qəzaya uğraması deyil, uğradılması ilə bağlı həqiqəti öyrənə bilməyəcəyik.



Allah xidməti vəzifələrinin icrası zamanı faciəli şəkildə həlak olan pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyevin doğma və əzizlərinə də səbr versin.

Tanrı Azərbaycanımızı və Silahlı Qüvvələrimizi qorusun!", - Ü.Cəfərov bildirib.

Cavid TURAN,
“Yeni Müsavat”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:38 “MİQ-29”un və pilotun axtarışına rusiyalı mütəxəssislər cəlb olunur Rusiyanın Xəzər donanmasının mütəxəssisləri iyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcəklər. Mediaxeberleri.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az