t s

» » Şair Eldar Həsrətin “Məni xəfif əsən yellərdən soruş” adlı şeirlər kitabının təqdimatı olub

Şair Eldar Həsrətin “Məni xəfif əsən yellərdən soruş” adlı şeirlər kitabının təqdimatı olub

9-08-2019, 23:09 Yazar:  Firuzə Baxılıb: 56 Çap et
Şair Eldar Həsrətin “Məni xəfif əsən yellərdən soruş” adlı şeirlər kitabının təqdimatı olub
Gözdən Əlillər Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmyerlimiz, şair Eldar Həsrətin “Məni xəfif əsən yellərdən soruş” adlı lirik şeirlər kitabının təqdimatı olub. Ədəbiyyat Muzeyində təşkil olunmuş təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, şairlər, aşıqlar, müəllifin yaxınları və doğmaları, ictimiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə müəllifi təbrik edib, xoş arzularını çatdırıb. Şairin həyat və yaradıcılığından söz açan şair qeyd edib ki, sayca ikinci olan bu kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı həm lirik, həm təbiət, həm də satirik mövzuda yazdığı şeirləri toplanıb. Müəllifin kitabda toplanmış şeirləri, sözün qüdrəti ilə öz iç dünyasını aydın şəkildə göstərdiyini qeyd edib. Kitabda toplanmış şeirləri yüksək dəyərləndirən şair B.Vüsal müəllifə yaradıcılıq uğurları arzulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək şair Eldar Həsrəti rayon rəhbərliyinin adından salamlayıb və səmimi təbriklərini çatdırıb. Rayonda şairlərə, saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açan müavin keçirilən yubiley tədbirlərini, kitab təqdimatlarını qeyd edib. Bu gün Qazaxda bütün sahələrə olduğu kimi, mədəniyyət, xüsusilə də ədəbiyyat sahəsində çalışan insanlara xüsusi qayğı ilə yanaşıldığını vurğulayıb. Kitabda toplanmış şeirlər haqqında fikirlərini bölüşən müavin hər bir şeirin özünəməxsus dərin məna əks etdirdiyini bildirib. Müəllifə yaradıcılığında daha böyük uğurlar qazanmasını arzu edib.
Qazax Əlillər Cəmiyyətinin sədri Akif Adamov, cəmiyyətin üzvü Elçin Göyüşov, şairlərdən ağsaqqal, neftçi şair Zamaddin Ziyadoğlu, Sumqayıtdakı Ə.Kərim adına Poeziya klubunun rəhbəri, şair İbrahim İlyaslı, AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, şairə Tamella Poladlı, şair, Prezident təqaüdçüsü Səhlədar Hidayətoğlu, şairə Gülsənəm Cəlili, gənc şairə Nuranə Təbriz, şair Məzahir Yaqub, Mübariz Qaragözlü çıxış edərək müəllifi yeni lirik şeirlər kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər.
Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, aşıq Saqif Məzəmli, Şahvələd Orucov öz saz havaları ilə müəllifə təbrik töhfələrini çatdırıblar.
Şairin qardaşı, Qarabağ müharibəsi əlili Elmar Şəmşiyev çıxış edərək öz növbəsində müəllifi təbrik edib, qardaşının yaradıcılığına verilən qiymətə görə razılığını ifadə edib.
Sonda müəllif Eldar Həsrət çıxış edərək təqdimat mərasiminin ərsəyə gəlməsində əməyi olan insanlara, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və filialın əməkdaşlarına minnətdarlığını bildirib.
Eldar HƏSRƏT (Şəmşiyev Eldar Kamaləddin oğlu) 1967-ci ildə Qazax şəhərində anadan olub. Yeddi yaşında bədbəxt hadisə nəticəsində gözlərinin işığını itirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 116 saylı kor və zəif görənlər üçün xüsusi axşam-qiyabi orta məktəbində dil və ədəbiyyat müəllimi işləyir. 1980-ci ildən şeirləri dövrü mətbuatda dərc olunur. 1999-cu ildə ölməz şairimiz Nüsrət Kəsəmənlinin yazdığı “Duyğuların gözü ilə” adlı ön söz yazısı ilə “Sən ən gözəl şeirsən” adlı şeirlər kitabı çap olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2005-ci ildə “Əlillərin Hüquqlarını Müdafiə Cəmiyyəti” İctimai Birliyini təsis edib və hal-hazırda həmin cəmiyyətin sədridir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az