t s

» » “Hamı öləcək, amma mən qalacağam” – “Artım”da göstəriləcək növbəti film belə adlanır

“Hamı öləcək, amma mən qalacağam” – “Artım”da göstəriləcək növbəti film belə adlanır

9-08-2019, 22:26 Yazar:  Firuzə Baxılıb: 60 Çap et
“Hamı öləcək, amma mən qalacağam” – “Artım”da göstəriləcək növbəti film belə adlanırAvqustun 21-də “Artım” layihə məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində növbəti film nümayiş olunacaq.

Bu dəfə rusiyalı rejissor Valeriya Qay Germanikanın “Hamı öləcək, amma mən qalacağam” filmi təqdim edildikdən sonra, həm də müzakirə olunacaq.

Film - Rusiyanın ucqar rayonlarından birində, doqquzuncu sinifdə təhsil alan üç rəfiqədən bəhs edən ekran əsərində onların ilk addımlarından danışılır. Tədbirin qonağı “Sevin” Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayevadır.

Ailə birliyi necə davam edir, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir?

Cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir?

Uşağı və yeniyetməni necə “nəzərdən qaçırmaq” olar?

Yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır?

Filmin nümayişindən sonra bu və ya digər suallar Səbinə Abdullayeva tərəfindən cavablandırılacaq.

Qeyd edək ki, filmin premyerası 2008-ci il Kann Film Festivalının “Tənqid həftəsi” debüt film proqramı çərçivəsində reallaşıb və münsiflər heyəti tərəfindən “Qızıl kamera” xüsusi mükafata layiq görülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az