t s

» » Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

9-08-2019, 19:02 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 51 Çap et
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı təbrik edib.

Mediaxeberleri.az
xəbər verir ki, dövlətimizin başçısı təbrikində Qurban bayramının Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirdiyini vurğulayır.

Təbrikdə deyilir: “Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlərboyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Qurban bayramı münasibətilə hər kəsə səmimi təbriklərini çatdıran Prezident İlham Əliyev qurbanların Allah tərəfindən qəbul olunmasını arzulayır, bu mübarək bayramın ailələrə səadət, süfrələrə xeyir-bərəkət gətirməsini diləyir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az