t s

» » Gədəbəyin sabiq başçısına cinayət işi açılıb

Gədəbəyin sabiq başçısına cinayət işi açılıb

9-08-2019, 20:41 Yazar:  Gülnar Baxılıb: 54 Çap et
Gədəbəyin sabiq başçısına cinayət işi açılıb
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarov barəsində cinayət işi başlanılıb


E-huquq.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsininə göndərilib.

Cinayət işi hakim Marif Kazımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Qeyd edək ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:41 “Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyi ədliyyə nazirinə şikayət etdi - QALMAQAL Mediaxeberleri.az xəbər verir ki, “Təzadlar”ın ötən sayında “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Rəşid Rzayevə ünvanlı “Açıq məktub”unu təqdim etmişdik. Hansı ki, şikayətçi rəhbərlik redaksiyaya həm də Prezident cənab İlham Əliyevə,
09:19 İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - FOTOLAR Sabiq vergilər naziri Fazil Məmmədovun Şəmkir rayonunda bütün gəlirli sahələrə əl qoyması haqda ötən saylarımızda dərc olunan reportajda ətraflı məlumat vermişdik. Şəmkirdəki durum belədir - gözünü yum və əlini hər hansı bir istiqamətə tuşla. Ətrafındakılar barmaqlarının Fazil Məmmədovun zavodu,
14:42 Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər... - Bu əllərin tumarı altında kimlər büdcəni qarət edir... Son zamanlar Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında, eləcə də rayonun maliyyə, mədəniyyət və turizm, təhsil şöbələrində mövcud olan problemlər daha kəskin xarakter alıb. Nə qədər qəribə də olsa, hələ də adıçəkilən rayonda Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət haqqındakı müvafiq sərəncamını saya
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
19:39 Gədəbəyin icra başçısını şok edəcək video Rayonda neçə icra başçısı var? Bəzi məmurlarla adı eyni siyahıda çəkilən Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov, habelə bu yaşayış məskəninin bir sıra vəzifəli şəxsləri yerli əhali üçün başağrısına çevrilib. Ötən saylarımızda məmurların rayonun ayrı-ayrı sakinlərinə qarşı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az