t s

» » Bakıya dəstək: 300 erməni Qarabağdan imtina etdi

Bakıya dəstək: 300 erməni Qarabağdan imtina etdi

9-08-2019, 15:48 Yazar:  Firuzə Baxılıb: 101 Çap et
Bakıya dəstək: 300 erməni Qarabağdan imtina etdi
Türkiyə erməniləri Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində panerməni oyunlarına qatılmaqdan imtina ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Milliyyət” qəzeti yayıb. Qəzet Erməni Olimpiadası İstanbul Komitəsinin Ermənistan Olimpiya Komitəsinə məsələ ilə bağlı etiraz etdiyini bildirib. İstanbul komitəsi bu ilk oyunların Qarabağda keçirilməsinin siyasi qərar olduğunu bildirib.

Nəticədə panerməni oyunlarına 300 nəfərlik nümayəndə heyəti qatılmaqdan imtina edib. Türkiyədən olan erməni idmançılarına otel və təyyarə rezervasiyaları sona anda ləğv edilib.

Erməni Olimpiadası İstanbul Komitəsinin rəhbəri Hayqaram Qarasu “Milliyyət”ə açıqlama verərək İrəvanın atdığı addımın yanlış olduğunu bildirib:

“Hər il İrəvandakı müsabiqələrə gedərək, İstanbulu alqışlayırdıq. Türkiyə və Azərbaycan ilə diplomatik böhrana yol açan bir bölgədə idman yarışının keçirilməsi siyasi seçimdir. Biz bu ölkənin vətəndaşıyıq və bir xəttimiz var. Azərbaycanlı dostlarımızı təəssüfləndirəcək bir diplomatik problem varsa, biz belə bir şeyin içində olmarıq. Türkiyə vətəndaşları olaraq, Qarabağa getməyin yanlış olduğunu düşündük”.

“Taksimspor” İdman Klubunun rəhbəri Qaro Hamamcıyan isə bu qərarı könüllü olaraq qəbul etdiklərini bildirib:

“Qarabağ məsələsi həssas mövzudur. Olimpiadanın gözəlliyi rəsmi keçid mərasimidir. Bizə rəsmi “keçidə qatılmayın, amma oyunlarda yer alın” dedilər. Bu, qəbuledilməzdir”.

Qəzetə açıqlama verən Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmi nümayəndəsi Ramil Qurbanov isə panerməni oyunlarının Qarabağda keçirilməsinin beynəlxalq qanunlara zidd olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədən Qarabağdakı oyunlara qatılım olsaydı, bu, Türkiyə-Azərbaycan əlaqələrində təxribat olaraq şərh ediləcəkdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:05 300 erməni Qarabağdakı oyunlara etiraz etdi, boykot qərarı verdi - “BU SİYASİ QƏRARDIR VƏ BİZİ MƏYUS ETDİ...” Türkiyə erməniləri Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində təşkil etdikləri və avqustun 5-də açılışı olan “panerməni oyunlarına” qatılmaqdan imtina edib. Mediaxeberleri.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin oyunlara qatılmağa hazırlaşan 300 nəfərlik heyət yarışların
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
00:02 İlham Əliyev ilk Avropa Oyunlarının məşəlini alovlandırdı (Video) Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az