t s

» » Ərdoğanın Bakıya səfər tarixi bilindi

Ərdoğanın Bakıya səfər tarixi bilindi

9-08-2019, 10:11 Yazar:  Firuzə Baxılıb: 89 Çap et
Ərdoğanın Bakıya səfər tarixi bilindiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi açıqlanıb.

“Takvim” xəbər verir ki, R.T.Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək. O, Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Bundan əvvəl, sentyabrın 11-də dövlət başçısı Ankarada Türkiyə, Rusiya və İran tərəfinin iştirakı ilə Suriya məsələsi üzrə zirvə görüşündə qatılacaq. Görüşdə İdlib və Fəratın şərqindəki proseslər daxil olmaqla, Suriyada baş verən hadisələr müzakirə olunacaq. Həmçinin “sülh dəhlizi”nin yaradılması planları ilə bağlı danışıqlar aparılacaq.

24 sentyabrda isə Türkiyə Prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Dövlət Komitəsinin nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iclasında iştirak edib Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
13:44 BMT-yə üzv olmağımızdan 24 il ötür Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 24 il ötür. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin
18:53 Moskva Suriyada dünyanın xəritəsini cızır Amerikalı ekspert: “Cəsarət göstərməyin vaxtı çatıb” Suriyada vəziyyət gərgin olaraq qalır. Rusiya Hərbi Qüvvələri İŞİD terror təşkilatının mövqelərini bombalayıb. Qruplaşmanın xeyli sayda yaraqlısı və silah-sursatı məhv edilib. Bu arada Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları və
16:02 "Müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli hücumlar təşkil edilir" - Əli Həsənov "İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bugunkü iclasının iştirakçılarını səmimiyyətlə salamlayırıq. Eyni zamanda, bu toplantının yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan tərəfinə təşəkkür edirik. Əminik ki, iclasda aparılan müzakirələr və qəbul olunan qərarlar ölkələrimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az