t s

» » Azərbaycanda məşhur aparıcıda xərçəng AŞKARLANDI

Azərbaycanda məşhur aparıcıda xərçəng AŞKARLANDI

8-08-2019, 13:19 Yazar:  Firuzə Baxılıb: 57 Çap et
Azərbaycanda məşhur aparıcıda xərçəng AŞKARLANDI Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.

Mediaxeberleri.az BAKU.WS-ə istinadən xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.

Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:

"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".
Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."

Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar" və "Kalorit" proqramlarının layihə rəhbəri və aparıcısı olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:03 Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib. Şəki-Zaqatala bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Milli Onkologiya Mərkəzinin
20:23 Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib. Mediaxeberleri.az xəbər verir ki, müasir ümumi onkologiyanın və nüvə təbabəti
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
15:05 Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə noyabrın 5-8-də Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilib. Milli
15:01 Culia Gralou: “Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun” Sentyabrın 15-16-da Bakıda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən təşkil edilmiş “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilmişdir. Konfrans

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az