t s

» » Tovuzda fahişəxana saxlayan qadın tutuldu

Tovuzda fahişəxana saxlayan qadın tutuldu

20-02-2015, 15:35 Yazar:  Aygün Baxılıb: 1680 Çap et
Tovuzda fahişəxana saxlayan qadın tutulduƏməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib


Mediaxeberleri.az xəbər verir ki, anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tahirə Allahverdiyeva saxlanılıb.

Onun şəhər ərazisindəki çayxanasında əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

Qeyd edək ki, dünən xarici qadınları Bakıya gətirərək onları fahişəliyə məcbur edən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri zamanı Ağdam rayon sakini Elnur Rafiqov Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması məlum olub. O, həmin qadınların intim xidmətlərindən aldıqları qazancları mənimsəyirmiş.

Əməliyyat zamanı Elnur Rafiqov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər əməliyyat zamanı Türkmənistan qızlarını fahişəliyə vadan edən şəxs saxlanılıb. Belə ki, Türkmənistan vətəndaşı Enejan Bayramdurduyevanın gəlir əldə etmək məqsədi ilə paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:54 Gürcüstan vətəndaşından narkotik maddə və tapança götürülüb Balakəndə Gürcüstan Respublikasının vətəndaşından narkotik maddə və tapança götürülüb. Mediaxeberleri.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin
15:42 Özbək qadınlarını istismar edən ağdamlı “sutenyor” tutuldu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları insan alverinə qarşı əməliyyat keçiriblər. DİN-dən Mediaxeberleri.az-a daxil olan məlumata görə, əməliyyat nəticəsində Ağdam rayon sakini Elnur Rafiqov Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz
14:56 Qubada qaçırılan qız 6 saat qolubağlı yarıtikilidə saxlanılıb Qubada orta məktəb şagirdini qaçırıblar. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan qızın itməsi barədə polisə şikayət daxil olub. Şikayətə əsasən qız müəllim yanına hazırlığa gedib və evə qayıtmayıb. Qızın valideynləri bu
01:27 Məşhur gecə klubunda ƏXLAQSIZLIQ YUVASI Bakının Babək prospektində yerləşən “Enigma” klubunun sahibi, Bakı şəhər sakini Arif Nəzərovun əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı BPİ-nin İctimai Təhlükəsizlik İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən
23:28 Polis rəisinin “Çahargah” biabırçılığı Xəzər RPİ-nin rəisi Azər Muradov pritonu himayə edir Redaksiyamıza daxil olmuş növbəti məlumatda paytaxtın Xəzər rayonu ərazisində fəaliyyət göstərən daha bir əxlaqsızlıq yuvasından bəhs olunur. Mənbə bildirir ki, Hövsan və Türkan qəsəbələrinin şərti sərhəddində, bilavasitə dəniz kənarında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az