t s

» » Bakıda administrator toy sahiblərinə qarşı dələduzluq edib, şadlıq sarayı mərasim evinə çevrilib

Bakıda administrator toy sahiblərinə qarşı dələduzluq edib, şadlıq sarayı mərasim evinə çevrilib

6-08-2019, 11:40 Yazar:  Firuzə Baxılıb: 96 Çap et
Bakıda administrator toy sahiblərinə qarşı dələduzluq edib, şadlıq sarayı mərasim evinə çevrilibBakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla" şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

Bu barədə Mediaxeberleri.az-a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.

Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb.

Şadlıq sarayı isə iyul ayının ortalarında bağlanıb və 10 gün ərzində sarayda müəyyən dəyişikliklər edilərək mərasim evi kimi fəaliyyətə başlayıb.

"Leyla" şadlıq sarayında avqustun 4-nə toy təyin edən şəxsin sözlərinə görə, toya 10 gün qalmış saraya yaxınlaşıb və sifariş verdiyi dəvətnamələri götürüb. Lakin əlavə dəvətnaməyə ehtiyac olduğundan bir gün sonra yenidən şadlıq sarayına gələn toy sahibi gördüyü mənzərədən şoka düşüb və huşunu itirərək yerə yıxılıb: "Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir, molla oturub "Yasin" oxuyur. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, bura 1 həftədir mərasim evi kimi fəaliyyətə başlayıb. Maraqlandım ki, məndən və mənim kimi 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürərək aradan çıxıb".

Zərərçəkən əlavə edib ki, sarayın önündə "şadlıq sarayı" sözü sökülüb, yerinə "mərasim evi" yazılıb: "Sarayın içərisi mərasim evinə uyğun şəkildə hazırlanıb və təmir işləri aparılırdı. Orada çalışan ustalar bildirdilər ki, hər gün 10-a yaxın toy sahibi saraya gəlir. Sarayın sahibinin baş verən hadisələrdən administratorun yoxa çıxdığından sonra məlumatı olub. O, iki ay əvvəl administratora toy üçün sifarişlərin götürülməsini dayandırmağı və kimdən beh alıbsa qaytarmağı tələb edib. Administrator isə qaçıb".

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az