t s

» » Dünya ikincisi olan yunan-Roma güləşçilərimizin qarşılanma mərasimi təşkil olunub

Dünya ikincisi olan yunan-Roma güləşçilərimizin qarşılanma mərasimi təşkil olunub

6-08-2019, 08:32 Yazar:  Firuzə Baxılıb: 92 Çap et
Dünya ikincisi olan yunan-Roma güləşçilərimizin qarşılanma mərasimi təşkil olunub
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında keçirilən dünya çempionatında ikinci yeri tutan yunan-Roma güləşi millimiz avqustun 5-də vətənə qayıdıb.

Mediaxeberleri.az
xəbər verir ki, Mundialda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, uğurlu çıxışla azarkeşləri sevindirən yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeraportunda qarşılanma mərasimi təşkil olunub. Pəhləvanlarımızı onların yaxınları, Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, yeniyetmə güləşçilər və məşqçilər, eləcə də KİV nümayəndələri qarşılayıb.

Sofiyada uğurlu çıxış edən komanda üzvlərini təbrik edən AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov deyib: “Bu güləşçilərin bir qismi Avropa çempionatında və Avropa Gənclər Olimpiya Festivalında (EYOF) uğurlu çıxış etmişdi. Ümumiyyətlə, komandamız il ərzində yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdi. Bu səbəbdən bu nəticələri dünya çempionatında gözləyirdik. Bəzi idmançılar daha yaxşı çıxış etsəydi, komanda hesabında birinci yeri də tuta bilərdik. Artıq bu komandanın bir çox üzvü bundan sonra gənclər kateqoriyasında iştirak edəcək. Onların bir neçəsi böyüklərdən ibarət yığmanın tərkibində təlim-məşq toplanışında da yer alacaq. Dünya çempionatındakı bu nəticələr Azərbaycan güləşinin, Azərbaycan idmanının daha bir uğurudur. Hesab edirəm ki, bu uğurların davamı gələcək”.

Yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi Taleh İsrafilov isə komandanın çıxışını dəyərləndirərkən bildirib: “Dünya çempionatında 3 qızıl medal qazana bilərdik. Elmir Əliyev finalda daha diqqətli güləşsəydi və hakimlər daha obyektiv idarəçilik etsəydi, qızıllarımızın sayı 3 olacaqdı. Laçın Vəliyevin ilk görüşdə zədəsi oldu. Ancaq həkimimizin müdaxiləsi nəticəsində problemi aradan qaldırmaq mümkün oldu".

Sonda dünya çempionlarımız qələbə təəssüratlarını bölüşüblər.

Nihat Məmmədli vurğulayıb ki, EYOF-da qızıl medal qazanmasam da, bu yarışa daha yaxşı hazırlaşdım. Sofiyada daha yaxşı güləşdim, 5 görüşdə qələbə qazandım və dünya çempionu oldum.

Laçın Vəliyev deyib: “İlk görüşdə qolumdan zədələnsəm də, həkim müdaxiləsindən sonra problem aradan qalxdı. Finalda Avropa çempionatında uduzduğum Rusiya idmançısıyla qarşılaşdım. Bu dəfə psixoloji cəhətdən daha yaxşı hazırlaşdığım üçün rəqibimə qalib gələrək dünya çempionu oldum”.

Xatırladaq ki, dünya çempionatında Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) qızıl, Ziya Babaşov (48 kq) ilə Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
00:27 İlham Əliyev: "Bilirəm ki, ciddi hazırlıq gedir" - Foto "Belə mötəbər yarışlarda qələbənin qazanılması onu göstərir ki, bizim bundan sonra da qələbələrimiz olacaq. Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir”. Mediaxeberleri.az xəbər verir ki, apa-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev yunan-Roma güləşi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az