t s

» » Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yola düşdü

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yola düşdü

2-08-2019, 08:26 Yazar:  Firuzə Baxılıb: 135 Çap et
Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yola düşdü
Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Report xəbər verir ki, ilk qrupa 180 nəfər daxildir.

Səfər avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.

Bu gün saat 14.50-də ikinci qrup da ziyarətə yola salınacaq.

Səfər müddətində zəvvarları ümumilikdə 40 bələdçi müşayiət edəcək.

Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmər təqvimi ilə Zilhiccə ayının 9-da Ərəfat dağına çıxılacaq, 10-u qurban kəsiləcək. Zəvvarlar iki gün Minada gecələyib Məkkəyə qayıdacaqlar. Orada digər Həcc əməlləri ediləcək. Məkkədən çıxan zəvvarlar Mədinəyə daşınacaq.

Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:30 Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət etdi Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Qeyd olunub ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir. Həcc ziyarətinə
09:35 Azərbaycanda həcci olmaq istəyənlərin sayı artıb Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1000-ə yaxın insan müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Hazırda sənədlərin qəbul olunması prosesi davam edir. İdarədən bildirilib ki, sənəd qəbulu kvota dolana qədər
15:30 Azərbaycanda Həcc ziyarəti üçün kvota götürüldü Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı
14:33 Göylə gedən “Səma cahangiri”nin “qəza enişi” - Cahangir Əsgərov erası sona çatır Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir. Sözügedən
10:05 Azərbaycanlı zəvvarlar Ciddə hava limanında köməksiz qalıb - Eksklüziv QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb, insanlar hava limanında əlacsız gözləyir Bu ilki Həcc ziyarəti çoxlu sayda insan itkisi ilə nəticələnən faciələrlə yadda qaldı. Ancaq azərbaycanlı zəvvarlar üçün hər il olduğu kimi, bu il də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az