t s

» » Bu gün fermerin çoxsaylı xidmətlərə ehtiyacı var - EKSPERT RƏYLƏRİ

Bu gün fermerin çoxsaylı xidmətlərə ehtiyacı var - EKSPERT RƏYLƏRİ

30-07-2019, 16:15 Yazar:  Firuzə Baxılıb: 114 Çap et
Bu gün fermerin çoxsaylı xidmətlərə ehtiyacı var - EKSPERT RƏYLƏRİ“Əvvəllər kəndlərdə yaşayan fermerlər subsidiya almaq üçün kənd icra nümayəndəsindən, bələdiyyə sədrindən və iki kənd ağsaqqalından ibarət komissiyaya müraciət etməli idi. Bu komissiya fermerin əkin yerini qiymətləndirir və ona subsidiya təyin edirdir. Bunun üçün fermerin sənədi formalaşdırılaraq Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) göndərilirdi. Mərkəz də həmin sənədləri bir daha yoxlayıb, müəyyən düzəlişlər edərək Kənd Təsərrüfatı Nazirliyində yerləşən Mərkəzi Komissiyaya göndərirdi. Yəni sənədlər üç mərhələli komissiyadan keçirdi”.

Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Mediaxeberleri.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan DAİM-lərin fəaliyyətini dəyərləndirərkən bildirib.

Ekspert deyir ki, burada da subyektiv yanaşmalar mövcud olurdu: “Əvvəl belə idi ki, komissiya üzvləri öz kəndlilərinə torpaq sahəsi 35 hektar olduğu halda 45 hektar yazırdılar. Hətta fermerin torpaq sahəsi 10 hektar olduğu halda 50 hektar yazırdılar. Subsidiya proqramı 2007-ci ildə fəaliyyətdədir və çox iqtisadi nəticələrə gətirib çıxarıb. Amma məhsuldarlıq göstəricilərinin artmasına imkan vermədi. Əkin sahələri artdı, bu sahədə iqtisadi aktivlik artdı, sahəyə investisiyaların həcmi artdı. Ancaq bu gün elə bir dövrdəyik ki, keyfiyyət göstəricilərini yüksəltməli və daha çox məhsul əldə etməliyik”.

400 min fermerin şəxsi məlumatları elektronlaşıb

Ekspertin fikrincə, bu da sahələri genişləndirməklə deyil, intensiv metodlarla əldə edilməlidir: “Buna görə də 2020-ci ilin yanvar ayının 1-dən yeni subsidiya qaydaları qüvvəyə minəcək. Artıq Azərbaycanda Elektron Kənd Təsərrüfatı Sistemi qurulub və bu sistemə ölkədə subsidiya alan 400 min fermerin bütün məlumatları elektron qaydada işlənib. Artıq demək olar ki, bütün neqativ hallar da aradan qaldırılıb. Fermerin torpağının sahəsi, məhsuldarlığının xəritələri bu sistemə oturub. Artıq komissiyalara da ehtiyac qalmayıb. Bu gün sistemdə hər bir fermerin şəxsi kabineti mövcuddur və onun nə əkdiyi də məlumdur”.

N. Nəsirli deyir ki, yeni subsidiya qaydaları imkan verəcək ki, hər il hər hansı məhsulun çox əkilməsi və hər hansı məhsulun az əkilməsi ilə bağlı yaşanan problemlər də aradan qalxsın: “Artıq bunu da inzibati qaydada tənzimləmək mümkün olacaq. Bu gün fermerin çoxsaylı xidmətlərə ehtiyacı var. Bu gün fermer sağlam toxum, dərman, aqronom axtarır. Bəzilərinin traktorlarının texniki baxış dövrü ilə bağlı və ya özünün mexanizator sürücülük vəsiqəsinin və ya digər sənədlərinin vaxtı keçibsə, yaxud da fermer subsidiya almaq istəyirsə, DAİM-lərə müraciət edə biləcək. Fermer bu mərkəzə daxil olaraq 40-a yaxın xidməti “bir pəncərə” prinsipi ilə ala biləcək. Bu mərkəz bir növ fermerlər üçün “ASAN Xidmət” olacaq. Əslində, asan kənd təsərrüfatı da elə budur”.

Daha 4-5 qurumu gəzməyə ehtiyac yoxdur...

Bundan baışqa, mütəxəssis xatırladır ki, vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bütün rayonlarda strukturları olub: “Bunlar əvvəllər Kənd Təsərrüfatı İdarələri adlanırdı və inzibati funksiyaları həyata keçirirdi. Lakin, son 1 il ərzində KTN öz funksiyalarına xeyli dəyişiklik edərək fəaliyyətini əsasən iki strateji istiqamətdə qurmağa çalışır. Bunlardan biri fermerlərin xidmətlərə əlçatanlığının təmin olunması və elmi informasiya təminatıdır. Bu gün KTN-də təxminən 50-yə yaxın xidmət var. Bura fitosanitar, baytarlıq, texniki nəzarət, yəni texniki parklardakı texnikaların istismar müddəti, mexanizatorların özlərinin sənədləşməsi və sairə xidmətlər göstərilir. Bir il öncə bütün bu idarələr DAİM-lər olub və xidmət mərkəzlərinə çevriliblər”.

N. Nəsirli xatırladıb ki, əvvəllər rayonda 4-5 idarə vardı: “Fermer bunları bir-bir gəzirdi və bunların hər birinin binası rayonun müxtəlif yerlərində yerləşirdi. Bəzən birini tapırdı, birini tapmırdı. İndi isə bütün bu qurumlar bir Dövlət Aqrar İnkişaf Mərkəzində bir xidmət altrında birləşiblər. Fermer bir binaya daxil olmaqla öz problemini qısa müddət ərzində həll edir. Hər bir mərkəzdə 40-a yaxın xidmət göstərilir. Bura subsidiyaların verilməsi də daxildir.

Elmi təminat məsələsinə gəldikdə isə N. Nəsirli deyib ki, nazirliyin tərkibində 8 institut, 7 elmi təcrübə stansiyası və 8 regional elm mərkəzləri fəaliyyət göstərir: “Bunlar toxumçuluq, meyvəçilik, bostan və tərəvəzçilik istiqamətində formalaşıblar. Bu elm mərkəzləri dövrü olaraq yeni sortlar və tinglər yaradırlar və bunları dövlət reyestrinə təqdim edirlər. Dövlət reyestrinə düşəndən sonra bu toxum və tinglər fermerlərə ötürülür”.

Aqrar xidmətlər fermerin ayağına gələcək

Hazırda KTN-in yeni silahatlar ərəfəsində olduğunu deyən ekspert bildirib ki, bu gün 4 fərqli xidmət vahid məkanda – Aqrar Xidmətlər Agentliyində birləşib: “Bura Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti daxildir. Gələcəkdə DAİM-lər Aqrar Xidmətlər Agentliyinin rayonlardakı mərkəzləri olacaq. Bu, bir növ “ASAN Xidmət”in üzərində qurulmuş bir xidmət olacaq.

Əvvəllər fermerin canı boğazına yığılırdı. Təsəvvür edin ki, Gədəbəydən olan kəndli bir sənəd dəyişmək üçün Gəncəyə gəlməli idi. Yaxud da toxum almaq üçün rayon-rayon gəzirdi. Ancaq indi qurulan elektron sistem imkan verəcək ki, fermer şəxsi kabinetindən sifariş göndərə biləcək. Bundan başqa, sistemdə fermerin məlumatlandırma sistemi də olacaq. Ona hətta yayılmaqda olan xəstəliklərlə bağlı SMS-lər göndəriləcək. Ancaq bunun üçün bu gün kəndlinin, fermerin özünün də maarifləndirilməsinə ehtiyac var. Bir sözlə, kənd təsərrüfatı nə qədər ağır sahə olsa da, fermerin narahatçılığına ehtiyac yoxdur. Aqrar xidmətlər onun ayağına gələcək”.

Bir mərkəzdə 40-dan çox xidmət

İqtisadçı-ekspert Cəfər İbrahimli isə “Report”a bildirib ki, bu gün Azərbaycanda inşa edilən DAİM-lərdə fermerlər üçün olduqca yüksək səviyyədə şərait yaradılıb: "Bir çoxlarını özüm şəxsən görmüşəm və oradakı vəziyyətlə tanışam. Bu mərkəzlərdə fermerlərin qəbul olunması, bütün sahələr üzrə işlər həyata keçiriləcək. Son islahat qərarı ilə də Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti Aqrar Xidmətlər Agentliyində birləşib. Bütün bu qurumlar vahid bir İdarədə birləşir və vətəndaş regionlarda ona lazım olan bütün xidmətləri bu idarədə ala biləcək”.

Ekspert deyir ki, hazırda elektron bazanın formalaşdırılması ilə bağlı iş də bu DAİM-lərdə gedir: “Fermer subsidiyaların alınması və kənd təsərrüfatının bir çox məsələlərindən yararlanmaq üçün bir mərkəzə müraciət etməklə bu xidmətlərdən yararlana biləcək”.

C. İbrahimlinin sözlərinə görə, əvvəllər vətəndaşlar bir neçə fərqli subsidiyadan yararlanırdı: “Torpağa verilən subsidiya bir cür idi, taxıla görə digər formada subsidiya vardı. Yaxud da bala alınan hər heyvan başına 100 manat subsidiya verilirdi ki, bunu da Dövlət Baytarlıq Xidməti sənədləşdirirdi. Vətəndaş da bu subsidiya və yardımlardan istifadə etmək üçün fərqli idarələrə və fərqli yerlərə müraciət etməli olurdu”.

Mütəxəssis deyir ki, artıq vahid elektron sistemi mərkəzi olacaq və vətəndaşın heyvandarlıq təsərrüfatı, həmçinin bitkiçiliklə bağlı işləri “bir pəncərə”dən həyata keçiriləcək: “Fermerin şəxsi kabineti olacaq və oradan bütün işlərini görə biləcək. Onun təsərrüfatında məhsuldarlıqla və əkin sahəsi ilə bağlı yeni əmsallar tətbiq olunacaq və verilən subsidiyalar vətəndaşın birbaşa bank hesablarına müvafiq tarixlərdə ödəniləcək. Yəni hər gün harasa gedib, haradansa sənəd yığmağa ehtiyac qalmayacaq. Yəni. əgər fermer pambıq əkibsə, arpa-buğada əkibsə və eyni zamanda onun heyvandarlıq təsərrüfatı da mövcuddursa, onun hamısı qeydiyyatdadırsa, fermer heyvandarlıq təsərrüfatında aldığı bala sayına görə verilən 100 manat subsidiya, torpağa görə verilən subsidiya ayrı-ayrılıqda daxil olacaq və pambığa görə ayrılan subsidiya isə ayrı-ayrılıqda fermerin bank hesabına keçiriləcək. Böyük ehtimalla, ildə bir dəfə məlumatların yenilənməsinə ehtiyac yaranacaq. Bundan başqa, hər hansı əlavə get-gəlişlərə və əlavə sənədlərə ehtiyac olmayacaq. Bütün DAİM-lərdə açılan xidmətlərin hamısı eyni anda bütün rayonlarda mövcuddur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az