t s

» » “Unibank” vətəndaşlara necə fırlldaq gəlir – Bankın dələduzluğunun qurbanı olan vətəndaşdan xəbərdarlıq – “Siz aldanmayın”…

“Unibank” vətəndaşlara necə fırlldaq gəlir – Bankın dələduzluğunun qurbanı olan vətəndaşdan xəbərdarlıq – “Siz aldanmayın”…

20-02-2015, 15:14 Yazar:  Aygün Baxılıb: 653 Çap et
“Unibank” vətəndaşlara necə fırlldaq gəlir – Bankın dələduzluğunun qurbanı olan vətəndaşdan xəbərdarlıq – “Siz aldanmayın”…Ucar rayonu N.Nərimanov küçəsi döngə 2 ev 6 sakini müəllimə Rəsulova Məkanət Əli qızı tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. DİA.AZ-a yazan narazı vətəndaş deyir:

“Unibank”da saxtakarlıqla bizim ailənin pulu mənimsənilmişdir. Belə ki, “Unibank”ın əməkdaşları işlədiyim məktəbə gəlib bankı reklam etmək məqsədi ilə mənə “platin kart”ı verdilər. Buna görə 2012-ci il tarixdə 500 manat pul kredit götürdüm və vaxtlı-vaxtında ödənişlər etdiyim, aktiv müştəri olduğum üçün kartıma təkrar qoyulmuş 2000 manat kredit pulu 2013-cü il tarixdə götürdüm.

Hər ay ardıcıl olaraq 100 manat pulu vaxtlı-vaxtında “Unibank”a ödəyirdim. İstifadəmdə olan mobil telefonuma “Unibank” tərəfindən hər ayın 2 -si tarixində mesajlar gəlir və ödəməli olduğum pulun, qalmış borcumun məbləği qeyd edilirdi. 02.09.2014-cü il tarixli mesajda yazılıb ki, cəmi 1649 manat borcunuz qalıb, 03 fevral 2014-cü il tarixdə isə mesajda qeyd edilib ki, 1683 manat borcunuz qalıb. Elə bu rəqəmlər bizi birdən ayıltdı ki, “Unibank” əslində bizi aldadıb saxtakarlıq yolu ilə pulumuzu mənimsəyir.

Sonradan hesabladıq ki, biz “Unibank”a olan bütün borclarımız 2014-cü ilin Oktyabr ayında ödəyib qurtarmışıq. Sadəcə olaraq mən hər ay 100 manat ödəməklə səhv etmişəm. Çünki elə ay olub ki, mən 60 manat ödəməli olsam da, 100 manat ödəmişəm. Bundan istifadə edən Unibank saxtakarlıq edib mənə heç bir xəbərdarlıq etmədən mənə əlavə pul ödətdiriblər.

Mən bu barədə “Unibank”a zəng edib bildirdikdə məni borclu çıxartdılar, qabaqdan gəlmişdik etdilər. Necə olur pulu artıqlaması ilə ödəyərkən borcumun sentyabr ayında 1683 manat qaldığı göstərilir və 5 ay hər dəfə 100 manat ödədiyim halda 02.02.2015-ci il tarixdə “Unibank” tərəfindən telefonuma mesaj göndərilib borcumun 1683 manat qaldığı qeyd olunur. Bunun adı saxtakarlıq və soyğunçuluqdur”.

Daha sonar narazı Ucar sakini dia.az-a yazır: “Mən uzun illərdir ki, müəllimə işləyirəm, həyat yoldaşım ağır xəstədir 1-ci qrup əlildir. Həm onun müalicəsi, həm də bərbad vəziyyətdə olan evimizin təmiri üçün bu pulu “Unibank”dan götürmüşdük. Bu boyda açıq-aşkar saxtakarlıq edirlər sonrada qabaqdan gəlmişlik edib adamı borclu çıxardırlar.

Bu haqsızlıqdır. Mən bu qanunsuzluq barədə Prezidentə, Maliyyə Nazirinə, İqdisadiyyat Nazirliyinə və Mərkəzi Bankın sədrinə şikayət edəcəyəm. Dia.az vasitəsi ilə isə vətəndaşlara müraciət edib xəbərdarlıq edirəm ki, fırıldaqçılıqla, saxtakarllıqla məşğul olan “Unibank”dan götürdüyünüz kredit pulunun ödənişində diqqətli olun ki, bizim kimi aldanmayasınız”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:51 Sabirabad Doğum Evində rəzalət Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları
00:53 Səlim Müslümovun işçiləri Tovuzda bir-birilərilə davaya çıxdılar - Rüşvəti bölə bilmirlər... Tovuz rayon 28 saylı TSEK-in həkim komissiya üzvləri arasında hökm sürən narazılıq o həddə çatıb ki, tərəflər bir-birini didməkdən belə çəkinməyiblər. Daha doğrusu, Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədov komissiya üzvü olan həkimlə pulu bölüşə bilmir, münaqişə hazırda da davam edir.
11:37 «İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar - Nazirliyə və məhkəməyə müraciət olunur Mobil telefon bazarındakı nəzarətsizliyə bu yaxınlarda dövlət müdaxilə etmə təşəbbüsləri göstərsə də, bu problem hələ də ciddi şəkildə qalmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən qadağalar tətbiq olunmuşdu. Amma sonradan aydın oldu ki, DGK-nın hörmətli
00:18 Gülər Əhmədovanın dələduz mətbuat katibi Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” “Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin
15:18 Bakıda “radar fırıldağı”-Diqqətli olun Bakıda radara düşdüyü üçün cərimə ödəmək istəyən şəxs fırıldaqçılıqla üzləşib. Mia.az-ın lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Elnur Teymur oğlu bildirib ki, keçən ilin 9 oktyabr tarixində A.Abbaszadə küçəsində idarə etdiyi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az