t s

» » Nurəddin Xoca: “Laçını göz görə-görə verdilər”

Nurəddin Xoca: “Laçını göz görə-görə verdilər”

18-05-2015, 23:36 Yazar:  Aygün Baxılıb: 831 Çap et
Nurəddin Xoca: “Laçını göz görə-görə verdilər” Qarabağ döyüşçüsü, “Boz qurd batalyonunun komandiri” Nurəddin Xoca Laçının işğalı ilə bağlı Femida.az-a danışdı.

-Laçının müdafiəsində iştirak etmisinizmi?

-Mən 1989-cu ildən 1991 - ci ilə qədər Laçında mütəmadi olmuşam. Lakin 1991-ci il oktyabr ayında ağır yaralanandan sonra gedə bilmədim.

-Laçın sakinlərinin fikrinə görə, Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini müəmmalı şəkildə tərk edib. Bu barədə nə düşünürsünüz?

- Xəyanət elə ordan başlayır.

- Yəni Laçın xəyanətin qurbanı olduğunu deyirsiz. Elə Laçın polkunu yaradıb döyüşəcək bir hala gətirən, Laçını müfəfəqiyyətlə müdafiə edən komandir Arif Paşayevi komandirlikdən uzaqlaşdırmaq artıq xəyanətin başlanğıcı idi.

- Bəli doğrudur. Heç olmasa Arif Paşayev öz yerində qalsa idi Laçın işğal olunmazdı. Laçın polkunun özü də kiçik qüvvə deyildi və heç də nizami ordu hissələrindən geri qalmırdı. Arif Paşayev müdafiəni qura bilərdi. Laçından çıxanlar haqqında bax bunu deyə bilərəm. Laçından ən birinci çıxan Elbrus Orucov olub. Sonra Rövşən Əkbərov, Elçin Məmmədov, axırda çıxan isə Teymurovun reyd dəstəsi olub. Onların qarşısını Cəbrayılda kəsib saxlamışdılar. Gedənlərdən təkcə Teymurovun reyd dəstəsi dayandı. Qalanları isə çıxıb getdilər.

- Teymurov kim idi?

- Adı yadımda deyil. Sıravi (Reyd dətəsininN.X) dəstənin komandiri idi. O Cəbrayılda qaldı və axıra qədərdə vuruşdu.

-Deyirsiniz ki, 1989-cu ildən 1991- ci ilə qədər Laçında mütəmadi olmusunuz. Həmin dövrlərdə Laçının müdafiəsi necə təşkil olunmuşdu?

- Mən orda hər şeyin Laçının müdafiəsi üstündə qurulduğunun şahidi idim. Arif Paşayevin apardığı iş öz bəhrəsini verirdi. Bakıdan gətirdiyimiz silah-sursat özünü müdafiə dəstələrinə çox kömək olurdu. Bu elə Laçın özünümüdafiəsində, OMON və silahlı qüvvələrin Qaladərəsi əməliyyatnda da özünü göstərdi. Laçın özünümüdafiə dəstələri çox uğurla müdafiə olunurdu. O vaxt Laçının nə zamansa məğlub olacağı heç kimin ağlına belə gəlmirdi. Axı Laçın polku Azərbaycanın çox güclü və hərbi nizamnamə ilə idarə olunan bir hərbi polku(hissəsi N.X) idi.

-Bayaq adını çəkdiyiniz insanlar kimin əmrinə əsasən Laçını tərk etdilər?

-Onlar hərəsi bir hərbi hissənin komandiri idilər. Laçının işğalından öncə qaçmışdılar. Mən bunu ancaq belə adlandıra bilərəm. Özü də Elbrus Orucovun şifahi əmrinə əsasən.

-Demək ki, Laçın sakinlərinin dediyi doğrudur. Azərbaycan qüvvələri Laçını işğaldan öncə tərk etmişdilər.

-Əlbətdə doğrudur. Onlar mayın ayının16-17-də artıq Laçını tərk etmişdilər. Laçını göz görə-görə verdilər.

-Bəs o zamankı hakimiyyət yardıma gəlmədi?

-Yox. Laçına heç bir kömək gəlmədi. Gəlsə idi Laçın işğal olunmazdı.

-Niyə kömək göndərmədilər? Yoxsa o zamankı hakimiyyət mərkəzi hökumətə etimad göstərirdi? Bəlkə hakimiyyət Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyirdi?

-Daha doğrusu hakimiyyətsizlik idi. Belə desək, daha doğru olar. Rusiyanında agenturası burada nə ki var işləyiridi. Ona görə hakimiyyətsizlik deyirəm ki, nə Ayaz Mütəllibov tam getmişdi, nə də Xalq Cəbhəsi tam gəlmişdi və bundan istifadə edərək Rusiyanın adamları Laçın kartını oynadılar ki, Azərbaycan Rusiyanın maraq dairəsindən çıxa bilməsin.

-İddia edilir ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün Laçındakı hərbi texnikanın Bakıya gətirilməsini istəyib. Laçının işğalına da bu zəmin yaradıb. Bu iddialarla razılaşırsınızmı?

- Boş söhbətdir. Birinci Xalq Cəbhəsi texnikanı Bakıda neyləyirdi?! İkincisi Arif Paşayev cəbhənin sədri idi,o buna imkan verməzdi.

- Keçmiş döyüşçü olaraq Azərbaycan torpaqlarının geri qaytarılmasının yolunu nədə görürsünüz?

-Müharibədə. Ancaq müharibə yolu ilə.

Şahverdi Şirinli
Femida.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:54 Qubalı pəhləvan qardaşlar Laçın və Hüseyn Abdulhüseynovlar “Ginnesin Rekordlar Kitabı”na adlarını yazdılar Mediaxeberleri.az xəbər verir ki, pəhləvanların mətbuat sözçüsü Mənsur Xaspoladovun verdiyi məlumata görə, qardaşlar Ukraynada göstərdikləri inanılmaz nömrələrilə yadda qalıblar. Təşkil olunan mərasimdə qardaşların hər ikisi 4 nominasiyada yeni dünya rekordunu təzələməyi bacarıblar.
12:49 Azərbaycan tərəfinə könüllü keçən erməni hərbçisinin vəziyyəti ilə bağlı - RƏSMİ AÇIQLAMA “Onunla insan hüquqları normaları daxilində rəftar edilir”. Müdafiə Nazirliyi könüllü olaraq Azərbaycan tərəfinə keçən erməni hərbçisinin vəziyyəti ilə bağlı açıqlama verib. Mediaxeberleri.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki,
21:46 Gözdən əlil olan Laçınlı məcburi köçkün imdad diləyir Bu gün Laçın rayon sakini Muxtarova Səfiyyə Ələmdar qızı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubun bir nüsxəsini redaksiyamıza ünvanlayıb. Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik. Çox hörmətli Millət vəkili, Ölkənin birinci xanımı Mehriban xanım
23:11 Laçınlılar icra başçısına üsyan etdilər- VİDEO Etirazçılar Ağcabədidə yolu bağladılar... Mediaxeberleri.az xəbər verir ki, moderator.az-a daxil olan videomateriala görə, Ağcabədi rayonunun "Taxtakörpü" qəsəbəsində məskunlaşmış Laçın rayon sakinləri qəsəbənin qarşısından keçən yolu bağlayıblar. Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya
21:32 Şəhidimiz torpağa tapşırıldı “Qobustanlılar Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar”. Fevralın 21-nə keçən gecə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn edilib. Müdafiə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az