t s

» » “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB

“Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB

25-07-2019, 07:01 Yazar:  Firuzə Baxılıb: 93 Çap et
“Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.



Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.

Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində Patrik Hoban cavab qoluna imza atıb.

Çempionumuz səfərdən qollu və sərfəli nəticə ilə dönür.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qollar: Hoban, 78 - Mahir Emreli, 5



00:29

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.

Oyunda hesab bərabərləşib.

Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində Patrik Hoban cavab qoluna imza atıb.

Hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qollar: Hoban, 78 - Mahir Emreli, 5



24 iyul, 22:52

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.

Komandamız oyunda erkən qolla hesabı açıb.

Hücumçu Mahir Emreli 5-ci dəqiqədə fərqlənib.

“Qarabağ” 1:0 hesabı ilə öndədir.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Mahir Emreli, 5



22:47

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.

Artıq görüşdə start fiti səslənib.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:0



22:04

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüş üçün komandalar start heyətlərini açıqlayıblar.

Rəqiblər oyuna aşağıdakı heyətlərlə başlayacaqlar.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

“Dundalk”: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hoare, 5. Kris Şildz, 7. Maykl Daffi, 9. Patrik Hoban (kap.), 10. Ceymi MakQret, 11. Patik MakEleni, 14. Deyn Massey, 18. Robbi Benson, 44. Endi Boyl

Ehtiyat oyunçular: 20. Aaron MakKeri, 8. Con Mauntni, 12. Georgi Kelli, 16. Şon Marri, 21. Daniel Kleari, 27. Daniel Kerri, 33. Din Cervis

Baş məşqçi: Vinni Pert

“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 3. Aylton, 4. Rahil Mammadov, 5. Maksim Medvedev, 6. Simeon Slavchev, 9. Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov



09:32

Bu gün UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, oyun saat 22:45-də “Oriel Park”da baş tutacaq.

Matçın baş hakimi Bartoş Frankovski, onun köməkçiləri Marçin Boniek, Yakub Vinkler, dördüncü hakim isə Daniel Stefanskidir. Hakimlər briqadası Polşadandır.

İrlandiyada “Dundalk”la qarşılaşacaq təmsilçimizin oyunu “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.

Cavab matçı iyulun 31-i saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk mərhələdə Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:30 UEFA Çempionlar Liqası: "Dandolk" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İrlandiyada keçiriləcək "Dandolk" - "Qarabağ" oyunu üçün komandaların start heyətləri açıqlanıb. "Oriel Park" stadionunda baş tutacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner da Silva, Maksim Medvedev, Rəşad
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az