t s

» » AMI-nin Qazax və Zaqatala filiallarına bu il qəbul aparılmayacaq

AMI-nin Qazax və Zaqatala filiallarına bu il qəbul aparılmayacaq

18-05-2015, 14:54 Yazar:  Aygün Baxılıb: 626 Çap et
AMI-nin Qazax və Zaqatala filiallarına bu il qəbul aparılmayacaqAzərbaycanda bəzi ali məktəblərə tələbə qəbulu aparılmayacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib.


Mediaxeberleri.az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.

Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.

Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq 6 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaq.

Müzakirələr zamanı komissiyanın üzvləri Təhsil Nazirliyinin təklifini qəbul edərək, Geologiya (300 bal), Kompüter elmləri (300 bal), Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (250 bal), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (250 bal), İnşaat mühəndisliyi (250 bal), Nəqliyyat tikintisi mühəndisliyi (250 bal) ixtisasları üzrə müsabiqəyə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlərin buraxılmasını qərara alıb. Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaq.

Ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya plan yerləri ayrılmayıb, magistraturaya qəbul planı əvvəlki tədris ilinə nisbətən 167 yer artırılaraq 6 492 yer (onlardan 2 522 dövlət sifarişli) nəzərdə tutulub. Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 15 061 yer müəyyən olunub.

Komissiyanın iclasında növbəti ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən sınaq imtahanların nəticələrinin Təhsil Nazirliyinə əvvəlcədən təqdim edilməsi, bunun əsasında növbəti pillədə təhsilini davam etdirəcək təhsilalanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtib olunması, həmçinin, qəbul imtahanların nəticələrinin təhlilinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə birgə aparması və ictimaiyyətə açıqlanması məsələləri müzakirə olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:32 I qrup üzrə bu ixtisasların keçid balları artırıldı TQDK qərar qəbul etdi.[/b] Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyi təklifinə əsasən, 2015/2016-cı tədris ilində I ixtisas qrupunun bəzi ixtisaslarının müsabiqə balları barədə qərar qəbul edib. TQDK-dan [b]Mediaxerleberi.az-a verilən məlumata əsasən, aşağıdakı ixtisaslar
11:58 Magistraturaya ixtisas seçimi başladı TQDK məlumat yayıb. 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi 2015-ci il mayın 7-dən 12-dək aparılır. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Mediaxeberleri.az-a daxil olan məlumata görə, ixtisaslaşma seçiminə
08:27 Sınaq imtahanı keçirilir Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanda bu ilin ilk sınaq imtahanı keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayır.
09:33 Ali məktəblərə sənəd qəbulu başladı Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDbK) ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən xəbərə görə,
16:28 Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: - ərizə qəbulu - 03 - 12

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az