t s

» » Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb?

Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb?

23-07-2019, 09:04 Yazar:  Firuzə Baxılıb: 107 Çap et
Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb?
Milli mətbuatın banisi Həsən bəy Zərdabinin qəbrinin yeri 3 dəfə dəyişdirilib.

Bunu Kult.az-a açıqlamasında Bakı Dövlət Universitetinin elmi işçisi Samir Xalidoğlu deyib.

“Həsən bəy Zərdabi 1907-ci ilin 28 noyabrında vəfat edib. Elə həmin ildə Zərdabinin cənazəsi çox böyük kütlənin müşayiəti ilə Bibiheybətdə dəfn edilib. 1937-ci ildə indiki Salyan yolu salınan zaman orada yerləşən bir qrup qəbir köçürülüb. Qəbir yiyələrinə də tapşırılıb ki, gəlin, mərhumların sümüklərini yığın, yoxsa həmin qəbirlər yerlə-yeksan olunacaq”.

S.Xalidoğlunun sözlərinə görə, Zərdabinin həmin dövrdə Bakıda yaşayan Qərib Soltan adlı kiçik qızı atasının sümüklərini yığaraq saxlayıb:


“Qərib Soltan xanım bir neçə fəhlə tutaraq atasının sümüklərini yığdırıb və bir neçə il evlərində, çarpayının altında yeşikdə saxlayıb. Sonra isə şəhər qəbiristanlılqlarının birində anası, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın məzarının alt tərəfində basdırılıb”.

Araşdırmaçı bildirib ki, Zərdabinin qalıqları 1937-ci ildən 1957-ci ilə qədər həmin qəbirdə olub:

“Özü də bu qəbir barədə heç kimdə məlumat olmayıb. 1957-ci ildə, Stalindən sonrakı yumşalmalar dövründə tanınmış ziyalılarımızdan olan Abbas Camalov və Şıxəli Qurbanov həmin qəbri axtarmağa başlayıblar. Zərdabinin qızı ilə söhbətləşdikdən sonra qəbrin yerini öyrəniblər. Nəhayət Zərdabinin sümükləri 1957-ci ildə indiki Fəxri Xiyabandakı yerinə köçürülüb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:59 Yalançı istintaqa qurban gedən ziyalı - HÜSEYNƏLİ SÜLEYMAN OĞLU BİLƏNDƏRLİ Mediaxeberleri.az akademik Ziya Bünyadovun repressiya qurbanı Hüseynəli Süleyman oğlu Biləndərli ilə bağlı olan yazısını təqdim edir. Yazı istintaq materialları əsasında hazırlanıb: İstintaq işi № 12493 1937-ci il yanvann 26-da 12493 nömrəli iş üzrə ittiham olunan müttə­himlərdən B.N.Tixomirovun
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az