t s

» » Paris Konfransında qəbul edilən Azərbaycan xəritəsi - Video

Paris Konfransında qəbul edilən Azərbaycan xəritəsi - Video

16-07-2019, 18:50 Yazar:  Firuzə Baxılıb: 119 Çap et
Paris Konfransında qəbul edilən Azərbaycan xəritəsi - Video
1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyəti öz rəsmi xəritəsini təqdim edib. Bu xəritədə Cümhuriyyət elan ediləndə sərhədlər böyük dövlətlərlə yanaşı, qonşu Gürcüstan və Ermənistanla da rəsmi şəkildə müəyyənləşib.

Kult.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Cümhuriyyət elan edildikdən sonra Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin göstərildiyi xəritənin şəkilini paylaşıb. Alim bildirib ki, bu xəritə 1919-cu ildə Azərbaycan Cümhuriyyəti tərəfindən Paris Sülh Konfransında təqdim edilib və hər üç ölkə tərəfindən qəbul edilib.

Xəritədən görünür ki, Ermənistan Paris Sülh Konfransında qəbul edilən xəritəni dəyişdirmək üçün Göyçə gölünün şərq sahillərini, Göyçə mahalını, Dərələyəz, Meğri, Qafan, Zəngəzur ərazilərini Sovet Rusiyasının dəstəyi ilə ələ keçirir və 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail olur.


“Gürcüstan da ikitərəfli müqaviləni pozaraq, Azərbaycanın 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi rəsmi xəritədə Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddia irəli sürüb, lakin istəyinə çatmayıb. Buna baxmayaraq, Sovetlər dönəmində sərhəd bölgələrdə birgə istifadə üçün razılaşdırılmış icarə torpaqlarını geri qaytarmayıb”, - alim qeyd edib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az