t s

» » Dolu dağıdan toplar Azərbaycanın iki nöqtəsində qurula bilər

Dolu dağıdan toplar Azərbaycanın iki nöqtəsində qurula bilər

16-05-2015, 17:03 Yazar:  Məmməd Məmmədov Baxılıb: 566 Çap et
Dolu dağıdan toplar Azərbaycanın iki nöqtəsində qurula bilərƏvvəllər belə deyildi. Sovet dövründə xatırlayıram dolu dağıdan toplar var idi. Buludlar kəndin üstünə yaxınlaşdıqca, dolu dağıdan toplardan atəş açılırdı. Və həmin buludlar da yağışa çevrilirdi. İndi isə bu toplar yoxdur. Ona görə də hər il kənd təssurafına ciddi ziyan dəyir.

Mediaxeberleri.az xəbər verir k, Bu sözləri ANS PRESS-in əməkdaşı ilə söhbətində Bakıya iş dalınca gələn Tərtər rayon sakini Məhərrəm Hümbətov deyib.

Onun sözlərinə görə, son bir neçə ildə müşahidə olunan dolu və leysan yağışları kəndlinin əziyyətini puça çıxarır. Bu da məhsuldarlığın azalmasına səbəb olur. Məsələn ötən il Tərtər rayonunda dolu nəticəsində 500 hektara qədər taxıl, 300 hektara qədər pambıq, 400 hektara qədər bostan bitkiləri olan sahələr məhv olub.

Bəs, Sovet dövründə kəndlinin dadına çatan dolu dağıdan topları yenidən bərpa etmək mümkündürmü?

Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mətbuata açıqlamasında bildirib ki, ola bilsin Azərbaycan həmin təcrübəyə bir daha qayıdılsın. “Meteosistemin yeniləşməsi ilə bağlı dövlət proqarımı hazırlanır. Sənəd hazır olanda hökumətə təqdim ediləcək. Yeni sənəd dolu dağıdan topların təzədən alınmasını istisna etmir”.
Elə ekspertlər də hesab edirlər ki, dolu dağıdan topların bərpası ölkədə kənd təsərrufatı sahədində məhsuldarlığın artmasına böyük töhfə verəcək.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirdi ki, dolu dağ rayonlarında, xüsusən kartofçuluğa, taxılçılığa ciddi ziyan vurur.

Təcrübə onu göstərir ki, dolu dağıdan toplar Azərbaycan ərazisində 2 yerdə yerləşdirilə bilər. Belə ki, Ağstafa və Şamaxı rayonlarında radiometoroloji stansiyalar fəaliyyət göstərir. Hər stansiya 250 kilometr radiusunda ərazini əhatə edir. Yəni 2 stansiya vasitəsilə bütün respublika ərazisini əhatə etmək mümkündür. Bu stansiyalarda yağıntının intensivliyi, miqdarı, yağış yağan və şimşək çaxan ərazilər, dolunun ölçüləri və dolu yağan əraziləri müəyyən etmək olar.

Bulud dağıdan topların ekologiyaya ziyanlarına gəlincə, ekspert bildirdi ki, ekologiyaya daha çox bu gün düşən buz parçaları zərər vurur: “Dolu dağıdan topların ekologiyaya heç bir zərəri yoxdur. Bu fikirlər əsassızdır. Xüsusilə yüksək dağlıq əraziləri olan ölkələrdə o toplardan çox geniş istifadə edirlər. Gözlənilən dolunun qarşısını alıb onu yağışa çevirməklə təbiətə daha çox fayda verirlər. Dağlıq ərazilərdə bitkilər dəmyə şəraitində yetişir. Ona görə də bu ərazilərdə yağış suyuna daha çox ehtiyac var. Həmin toplardan istifadə etməklə həm dolu riskinin qarşısı alınmış olur, həm də bitkilərin suya olan tələbatı ödənilir. Ümumiyyətlə, son vaxtlar Azərbaycana düşən dolunun həcmi böyüyür. Əvvəllər adətən noxud dənəsi boyda olurdu dolunun dənələri, amma artıq yumurta boydadır. Bu isə daha çox ziyan deməkdir. İndi dolu yalnız birillik bitkilərə deyil, çoxillik bitkilərə, ağaclara, mülklərə, maşınlara ciddi ziyanlar dəyir”.

Deyildiyi kimi hər il düşən dolunun həcmi ilə bərabər kəndlinin zərəri böyüyür. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan dövlət proqramı tezliklə hökumətə təqdim edilər və kəndlinin zərəri deyil, qazancı artar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 ...hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq - Belə deyirlər... Yaxın iki gün ərzində Bakıda hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 2-də Bakıda və
19:10 Kənd Təsərrüfatı Nazirliyi monitorinqlərə start verib (VİDEO) Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların müəyyən edilməsi ilə bağlı monitorinqlərə start verib. Nazir Heydər Əsədov bildirib ki, torpaqların istifadə olunmaması səbəbləri araşdırıldıqdan sonra təkliflər hazırlanacaq və hökümətə təqdim olunacaq. Bu torpalara əlavə
22:50 İndi də Sobçak ölümlə hədələnir Tanınmış televiziya aparıcısı Kseniya Sobçak Rusiya müxalifətinin nümayəndəsi, tanınmış siyasətçi Boris Nemtsovun qətlindən sonra Twitter səhifəsində təhdid dolu mesajlar alır. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilir ki, ona sosial şəbəkə istifadəçiləri belə yazırlar: "Növbəti dəfə səni
16:24 Qəbələ meşələri məhv edilir Abdulla Kərimov yaşıllıqlara qənim kəsilib Məlum olduğu kimi meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin
20:42 Bu ərazilərdə ev tikməyin - Nazirlikdən XƏBƏRDARLIQ Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə ən təhlükəli sürüşmə zonalarını açıqlayıb. Bu sürüşmə zonaları hansılardır və mütəxəssislər harada ev tikməyi məsləhət görmürlər? Bakıda ən çox sürüşmə təhlükəsi olan ərazi Suraxanı rayonunun Zığ qəsəbəsidir. Ekologiya və Təbii Sərvətlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az