t s

» » Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

15-07-2019, 14:55 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEOİyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları Festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib.

Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Erməni Araşdırmaları - tədqiqat və tədris mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib.

O bildirib ki, Ermənistanı təmsil edən “Kafkaz” rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan “Köçəri” və “Gözəlim sənsən” xalq mahnısını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar buna etiraz əlaməti olaraq Azərbaycan bayrağını qaldırıb və rus dilində yüksək səslə “Bu, Azərbaycan mahnısıdır, ar olsun sizə!” sözlərini deyiblər.

“Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadınlar isə öz saxta tarixləri ilə azərbaycanlılara “dərs” verməklə yanaşı, həm də təhqir etməyə başlayıblar. Onlar “Eybəcərlər, axmaqlar! Bizim 300 min illik tariximiz olanda siz haradaydınız?” deyə qışqırıblar.

Bununla da qarşıdurma başlanıb. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəlib, azərbaycanlıların bir neçəsi saxlanılıb”, - İ.Tanrıverdi deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az