t s

» » 1 stəkan pomidor şirəsinin Möcüzəsi – Radiasiyanı təmizləyir, xərçəngdən qoruyur

1 stəkan pomidor şirəsinin Möcüzəsi – Radiasiyanı təmizləyir, xərçəngdən qoruyur

14-07-2019, 23:43 Yazar:  Firuzə Baxılıb: 90 Çap et
1 stəkan pomidor şirəsinin Möcüzəsi – Radiasiyanı təmizləyir, xərçəngdən qoruyur
Avropa və Amerikada radiasiya təhlükəli işlərdə çalışanlara, ofis işçilərinə və müəyyən peşələrdə çalışanlara iş vaxtı hər gün 1 stəkan tomat şirəsi içirirlər.
Avropada marketlərdə ən çox satılan şirə elə pomidor şirəsidir.


Alimlər bildirir ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar hər gün bir stəkan təzə pomidor şirəsi içməlidir.
Medicina.az pomidor şirəsinin hansı xəstəliklərdə faydalı olduğunu araşdırıb.

Pomidoru sağlamlıq üçün qiymətli edən tərkibindəki likopin adlı qırmızı piqmentdir. Bu piqment çox güclü antioksidant təsir edir.

1.Xoşbəxtlik hormonunu artırır

Tomat şirəsi serotonin adlı xoşbəxtlik, yaxşı əhval hormone sintez edir. Ona görə depressiya, stress, həyəcan və gərginlikdən əziyyət çəkənlərin pxisikası üçün əvəzsizdir

2.Xərçəng əleyhinə təsir edir

Likopin oksidantları zərərsizləşdirir, radiasiya qalıqları, ağır metallar, duzlar, toksinləri çıxarır, əsas da udulan şüanı zərərsizləşdirir ki, bunlar orqanizmdə bəd şişlər yaratmağa səbəb olacaq. Ona görə pomidor şirəsi xərçəng əleyhinə vasitələrdən biri kimi layiqli yerini tutub.

3. Bağırsaqlarda çürüməyə qarşıdır

Qəbizliyi, eləcə də bağırsaq mikroflorası pozulmuş adamlarda qida qalıqları bağırsaqda çürüyür, iylənir və zəhər yayır. Pomidor şirəsi bağırsaqları bu çürüntüdən xilas edir.

4.Tromb yaranmasına mane olur

Bütün günü oturaq işdə çalışan, qan dövranı pozulmuş şəxslər hər gün tomat şirəsi içməlidir. Pomidor venoz damarları təmizləyir, tromv yaranmağa imkan vermir.

5.Kişi cinsiyyət sistemi üçün əvəzsizdir

Şirədə olan kalsium prostat vəzini iltihabi proses və onkoloji xəstəliklərdən qoruyur. Eləcə də pomidorda olan tokoferol və retinol testosteronun hasilini artırır, kişi sonsuzluğuna qarşıdır. Müntəzəm təzə pomidor şirəsi içdikdə spermanın keyfiyyəti yüksəlir, ereksiya artır, təbii protein verir.

6. Təzyiqi normallaşdırır

Bir stəkan şirə təzyiqi salır. Amma aşağı təzyiqi olanlar çox içməsin.

7.Qanda şəkəri tənzimləyir

Tərkibində az miqdar saxaroza olduğu üçün diabet xəstələrinə məsləhətdir


8. Güclü filtr təsiri var

Zərərli maddələrlə yüklənmiş qaraciyəri və böyrəkləri təmizləyir. Təbii ödqovucudur, həzmi və metobolizmi yaxşılaşdırır

9.Kəllə daxili təzyiqi azaldır

Uşaqlara da verilə bilər

10.Orqanizm tərəfindən udulmuş radiasiya və şüanı çıxarır

Bu isə indiki dövrdə bütün xəstəliklərin səbəbidir.


Kimlərə olmaz:

-Kəskin qastrit, xora, mədə-bağırsaq yaraları
-Xolesistit
-Pankreatit
-Hepatit, sirroz




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:38 Kişilərin qorxulu düşməni – PROSTAT XƏRÇƏNGİNDƏN NECƏ QORUNMALI? Kişilərin qorxduğu xəstəliklərdən biri də prostat vəzi iltihabıdır. Bu problem bütün yaş qruplarında müşahidə edilir. Mediaxeberleri.az mövzu ilə bağlı maraqlı araşdırmanı təqdim edir. Xroniki prostatit dedikdə prostat vəzinin iltihabı nəzərdə tutulur. Prostat vəzinin iltihabı iki formada
12:39 Uroloq həkim: ““Kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir” Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:22 Mədə-bağırsaq xəstəliklərini yaradan başlıca faktorlar - Həkim İZAHAT verir Son zamanlar insanlar arasında mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s. Bununla bağlı Tədris Terapevtik Klinikanın
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az