t s

» » Xüsusi təyinatlı “Alfa” və “Vımpel” zabitləri Azərbaycan üzərindən hara qaçıb? - “SİTUASİYA CİDDİ NARAHATLIQ DOĞURUR...”

Xüsusi təyinatlı “Alfa” və “Vımpel” zabitləri Azərbaycan üzərindən hara qaçıb? - “SİTUASİYA CİDDİ NARAHATLIQ DOĞURUR...”

13-07-2019, 10:42 Yazar:  Firuzə Baxılıb: 35 Çap et
Xüsusi təyinatlı “Alfa” və “Vımpel” zabitləri Azərbaycan üzərindən hara qaçıb? - “SİTUASİYA CİDDİ NARAHATLIQ DOĞURUR...”Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, Moskvada azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus “Sadovod” bazarında quldur hücumları həyata keçirən “Alfa” və “Vımpel” dəstələrinin zabitləri Azərbaycan üzərindən üçüncü ölkəyə qaçmış ola bilər.

Mediaxeberleri.az xəbər verir ki, bu haqda Rusiyanın APN agentliyi (Kremlin “aşbazı”, oliqarx Priqojinə bağlıdır) bildirir.

Xəbər verildiyi kimi bu günlərdə FTX-nın “Alfa” və “Vımpel” xüsusi təyinatlı dəstələrinin bir qrup döyüşçüsü barədə quldurluq ittihamı ilə cinayət işi qaldırılıb. İş üzrə fiqurantların sayı cəmi 15 nəfərdir. Onlardan 4-ü Moskvada həbs olunub, 3-nün barəsində ev dustaqlığı seçilib. Qalanlar isə axtarışa verilib. Həbslər başlayanda həmin 8 “Alfa” və “Vımpel” zabitləri antiterror əməliyyatları həyata keçirmək üçün Şimali Qafqaza ezam edilmişdilər. Onlar barələrində cinayət işinin qaldırıldığını eşidərək geri qayıtmayıblar və Şimali Qafqazda “gizləniblər”.

Cinayət işinin materiallarına əsasən bir qrup FTX xüsusi təyinatlıları “Sadovod” bazarındakı kiçik bankda pulların nəğdləşdirilməsini həyata keçirən Çin vətəndaşlarını təqib ediblər və onların avtomobilinə hücum edərək pulları aparıblar. Son iki ildə həyata keçirilən quldur hücumları zamanı azı 140 milyon rublun ələ keçirildiyi bildirilir. Lakin zərərçəkənlərin sayı və məbləğ daha çox ola bilər.

APN bildirir ki, hüquq-mühafizə orqanları “Alfa” və “Vımpel” xüsusi təyinatlı dəstələrinin barələrində axtarış elan edilmiş 8 zabitinin taleyi barədə hər hansı məlumata malik deyil. Məlum olan təkcə budur ki, onların hamısı Şimali Qafqazda ezamiyyətdə olarkən qaçıblar. Böyük ehtimalla xüsusi təyinatlılar Azərbaycan və ya Gürcüstan üzərindən ərəb ölkələrinə üz tutublar.

FTX-nin elit xüsusi təyinatlılarının bu cür quldur hücumları həyata keçirməsi Rusiya xüsusi xidmət orqanlarının veteranları arasında şok effekti yaradıb. Onlar xüsusi xidmət sisteminin bu dərəcədə deqradasiyaya məruz qalmasından heyrətə gəliblər. Bununla belə xüsusi təyinatlıların həbsinin güc strukturları arasında hansısa intriqa ilə əlaqəli olduğunu deyənlər də var. Məsələn, Kremlyönümlü “Rusiya zabitləri” təşkilatının idarə heyətinin üzvü İqor Şevçuk hesab edir ki, bu işdə hansısa yanlışlıq var.

“Mən bu informasiyanı eşidib şoka düşdüm. Hələ ümid edirəm ki, hansısa yanlışlıq ola bilər. Bizdə seçim çox diqqətlə aparılır, təsadüfi adamların bu dəstələrdə yeri yoxdur. Ən azından mənim dostluq elədiyim, bir yerdə qulluq etdiyimiz adamların hamısı yüksək mənəvi-əxlaqi dəyərlərə sadiq olublar. Ümid edirəm ki, yaxın günlərdə hansısa dəqiqləşmələr olacaq, çox inanmaq istərdim ki, hansısa yanlışlıq baş verib”,-keçmiş FTX veteranı deyib.

FTX-nin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov da əhvalatdan şoka düşdüyünü deyib. Onun mövqeyinə görə, güc strukturlarındakı situasiya narahatlıq doğurur və dövlətin təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğuna dəlalət edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az