t s

» » Daha bir jurnalist Putini təhqir etdi

Daha bir jurnalist Putini təhqir etdi

13-07-2019, 09:01 Yazar:  Firuzə Baxılıb: 80 Çap et
Daha bir jurnalist Putini təhqir etdi
Rusiya Prezidenti Vladimir Putin daha bir jurnalistin təhqirinə tuş gəlib.

Unikal.org xəbər verir ki, Ukraynanın “Kanal 24” televiziyasının əməkdaşı Artyom Ovdienko V.Putini hədəf alıb.

Sosial şəbəkə hesabından video paylaşan aparıcı Rusiya Prezidentinin tezliklə ölməsini arzulayıb:

“Anlaya bilmirəm, siz axı bizdən nə istəyirsiniz?”

O, Rusiyada baş verən təbii fəlakətlərdə, İrkutsk vilayətindəki daşqınlarda, sualtı nüvə aparatında yaşanan qəzada V.Putini ittiham edib.

A.Ovdienko, həmçinin Gürcüstanın “Rustavi 2” telekanalı ilə videokörpü haqqında da anons verib.

Maraqlıdır ki, sözügedən video studiyada qeydə alınıb, lakin üzərində kanalın loqosu yoxdur. Materialı “Facebook”da A.Ovdienko özü paylaşıb və belə şərh verib:

“Öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyi məcbur etmək və ya qeyri-rəsmi anons”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın müxalifyönümlü “Rustavi 2” kanalının əməkdaşı Georgi Qabuniya da efirdə V.Putini təhqir etmişdi. Onun bu hərəkəti Moskvada olduğu qədər Tbilisidə də kəskin etirazla qarşılansa da, kanal rəhbərliyi aparıcını işdən çıxarmamış, sadəcə iki aylıq uzaqlaşdırma cəzası vermişdi. V.Putin özü isə onun hərəkətini ciddiyə almadığını demişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
15:28 Aynur Camalqızı: “Evdə bu mövzuda danışmamağa çalışırıq” - MÜSAHİBƏ Bu gün “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının doğum günüdür. Mediaxeberleri.az onun AzNews.az-a ötən ilin sentyabrında verdiyi müsahibəni təqdim edir: – Aynur xanım, ənənəvi bir suala məhz sizin cavabınız mənim üçün maraqlıdır. Həyatınızdan razısınızmı? – Bütövlükdə götürəndə əlbəttə
08:27 İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi... Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir. Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə
01:33 Dövlət adı altında talançılıq - (Araşdırma) ...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı. Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az