t s

» » "Yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqları yaxın gələcəkdə tamamlayacağımıza ümid edirik" - Səfir

"Yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqları yaxın gələcəkdə tamamlayacağımıza ümid edirik" - Səfir

11-07-2019, 12:33 Yazar:  Firuzə Baxılıb: 29 Çap et
"Yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqları yaxın gələcəkdə tamamlayacağımıza ümid edirik" - Səfir"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişə dair danışıqlar davam edir. Ümid edirik ki, nəticələr yaxın vaxtlarda əldə ediləcək. Avropa İttifaqı olaraq Avropa Komissiyasının indiki heyətinin işinin bitməsinə qədər bu sənədin razılaşdırılmasını tamamlamağa hazırıq".

Mediaxeberleri.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Səfir xatırladıb ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu həftə Azərbaycana səfəri zamanı bu məsələ də qaldırılıb: "Prezidentlər görüşün yekununda (yeni saziş üzrə - red.) danışıqlarda yaxşı irəliləyiş olduğunu qeyd ediblər və onların qısa zamanda yekunlaşdırılmasını dəstəklədiklərini açıqlayıblar".

"İşlər davam edir, qruplar işləyir və biz yaxın gələcəkdə nəticələr gözləyirik. Ancaq danışıqları nə vaxt tamamlayacağımızı dəqiq söyləmək çətindir", - Aİ səfiri jurnalistlərin yeni saziş üzrə danışıqların ilin sonuna qədər başa çatdırılıb-çatdırılmaması barədə sualını şərh edərkən bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının indiki heyəti işini payızda başa çatdıracaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:33 “Bizə düşmən kəsilənlər də var” - Əflatun Amaşov Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş
15:06 Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, danışıqların növbəti mərhələsi sentyabrın 28-29-da,
21:54 Azərbaycanla Aİ arasında yeni müqavilə imzalanacaq – YENİLƏNİB Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçib. Mediaxeberleri.az-ın xəbərinə görə, Kestutis Yankauskas etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az