t s

» » 5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib

5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib

11-07-2019, 09:04 Yazar:  Firuzə Baxılıb: 44 Çap et
5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyibHörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb.

Mediaxeberleri.az “TASS” a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib. Xəbərə əsasən, tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb.

Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib.

Lakin, tankeri müşayət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasına məxsus “Montrose” freqatı tələbi yerinə yetirməyib, iranlı əsgərlərin dərhal geri qaytımalarını və tankerə mane olmamaları barədə əmr veriblər. Nəticədə İran katerləri geri dönüb.

Televiziya ABŞ-ın iddia etdiyi hadisə ilə əlaqədar bir videoya sahib olduğunu da vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:00 İkinci körfəz böhranı: dünyanın enerji təhlükəsizliyinə təhdid yaranıb Fars körfəzində gərginliyin artması dünyanın enerji təhlükəsizliyinə təhdid yaradır. ABŞ-İran qarşıdurmasının hərbi toqquşma səviyyəsinə qədər yüksələcəyi təqdirdə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, bir sıra dövlətlərin enerji sistemi də təhlükə altında qalacaq. AZƏRTAC-ın
09:00 Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir İran Türkiyədən sonra Yaxın Şərqin ən böyük iqtisadi və hərbi gücünə malik olar dövlətdir. Tarixə baxdıqda İranın onlarla böyük dövlət və imperatorluq yaratdığını görərik. İranlıların qurduğu Əhəmənilər imperiyası yüz illər ərzində Avropa dövlətlərini qorxu altında saxlayırdı. Bu gün İran tarixən
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az