t s

» » Bu, İlham Əliyevin şəxsi nüfuzunun nəticəsidir - Şərh

Bu, İlham Əliyevin şəxsi nüfuzunun nəticəsidir - Şərh

11-07-2019, 08:11 Yazar:  Firuzə Baxılıb: 91 Çap et
Bu, İlham Əliyevin şəxsi nüfuzunun nəticəsidir - Şərh
Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Buna görə də həm NATO, həm Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün məkan olaraq Azərbaycanı seçib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli NATO-Rusiya görüşünün Bakıda təşkil olunmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin önəmli səbəbləri var:

“Bu görüşün ölkəmizdə keçirilməsinin əsas səbəbindən biri Azərbaycanın sabit və təhlükəsiz ölkə olmasıdır. Eyni zamanda Azərbaycanın tutduğu neytral mövqe belə görüşlərin keçirilməsinə əsas verir. Bu görüşlərdə tərəflərinin heç biri özünü ölkəmizdə narahat hiss etmir. Təbii ki, Azərbaycan bu imici yaratmaq üçün uzun illərdir düzgün siyasət aparır. Xüsusilə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib”.

Politoloq belə mühüm görüşlərin Bakıda keçirilməsinin Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlı olduğunu qeyd edib:

“Şübhəsiz ki, bu prosesdə Azərbaycan Prezidentinin şəxsi nüfuzu və beynəlxalq münasibətlər sistemində oynadığı rol ön planda dayanır. Buna görə də belə mühüm görüşün Azərbaycanda keçirilməsi heç də təəccüblü deyil”.

Qeyd edək ki, Rusiya Müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ötən gün Bakıda ABŞ Hərbi Hava Qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüş keçirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:11 Aprel savaşı: Əliyevin bu çıxışı İrəvanı titrətdi - Putinin müraciəti... Mediaxeberleri.az Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovla müsahibəni təqdim edir: Zahid Nurəliyev:
16:30 NATO və Rusiya generallarını görüşməyə vadar edən səbəblər Elxan Şahinoğlu: “Hər iki tərəf narahatdır, gərginliyi azaltmağa ehtiyac var” Xəbər verildiyi kimi, dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş
21:53 NATO və Rusiya rəsmiləri Bakıda görüşdü - YENİLƏNİB NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, məlumatda deyilir ki, generallar proqnozlaşdırmanı və
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az