t s

» » Bakıda şok olay: Dayı bacısı qızına təcavüz etdi - TƏFƏRRÜAT

Bakıda şok olay: Dayı bacısı qızına təcavüz etdi - TƏFƏRRÜAT

10-07-2019, 12:06 Yazar:  Firuzə Baxılıb: 94 Çap et
Bakıda şok olay: Dayı bacısı qızına təcavüz etdi - TƏFƏRRÜATBakıda seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediaxeberleri.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Ramil Mehdiyev azyaşlı olan bacısı qızı Nəzrin Məmmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz edib.

O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Ramil Mehdiyev həbs edilib.

İstintaq orqanı tərəfindən Ramil Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Mehdiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramil Mehdiyev apelyasiya şikayəti verib. O, şərlənərək həbs edildiyini, günühasız olduğunu qeyd edib.

Ramil Mehdiyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, Ramil Mehdiyevin barəsində olan cəzanın yüngül olduğunu qeyd edib. Qanuni nümayəndə Ramil Mehdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar qəbul edilib.

Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az