t s

» » Azərbaycanda orta aylıq əmək haqqı 584 manata çatıb

Azərbaycanda orta aylıq əmək haqqı 584 manata çatıb

10-07-2019, 12:20 Yazar:  Firuzə Baxılıb: 67 Çap et
Azərbaycanda orta aylıq əmək haqqı 584 manata çatıbBu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 1590,7 min nəfər olub.

Mediaxeberleri.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,0%-i təhsil, 18,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:30 Azərbaycanda orta aylıq əmək haqqı artıb Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1 534,3 min nəfər təşkil edib. Mediaxeberleri.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0
08:15 Muzdla çalışan işçilərin sayı 2,3 faiz artıb Noyabrın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 1552,8 min nəfər olub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 884,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668,1 min nəfəri isə
13:43 Bu sahədə çalışanların əməkhaqqı artdı - SİYAHI 2018-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 1552,8 min nəfər olub, onlardan 884,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
16:29 Azərbaycanda orta aylıq əmək haqqı artıb Azərbaycan iqtisadiyyatında 2016-cı ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 488,7 manat olub. Bu barədə Mediaxeberleri.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir. İqtisadiyyatın
16:36 Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb – STATİSTİKA 2016-cı il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4962,3 min nəfər olub, onlardan 4716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Dövlət Statistika Komitəsindən Mediaxeberleri.az-a verilən məlumata görə, bu ilin iyulun 1-i

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az