t s

» » Nazir danışdı, aləm qarışdı: dərslər 1 sentyabrda başlayır?

Nazir danışdı, aləm qarışdı: dərslər 1 sentyabrda başlayır?

10-07-2019, 11:24 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
Nazir danışdı, aləm qarışdı: dərslər 1 sentyabrda başlayır?Ötən gün İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olan Təhsil naziri Ceyhun Bayramovun tədris ili müddəti ilə bağlı açıqlamasının bəzi ekspertlər tərəfindən düzgün yozulmaması çaşqınlığa səbəb olub.

Mediaxeberleri.az xəbər verir ki, nazir C.Bayramov tədris müddətinin 32 həftədən 34 həftəyə qaldırılması ilə bağlı 4 il bundan öncəki qərardan danışıb və bunun niyə edildiyini izah edib. Nazir həmçinin bütün tədris vəsaitlərinin 34 həftəyə sığışdırıldığını və bəzi çatışmayan dərsliklərin də yeniləri ilə əvəzləndiyini açıqlayıb.

Təəssüf ki, bəziləri nazirin tədris müddətinin 2 həftə artırılması ilə bağlı izahının bu ilə aid olduğunu sanıb və güman edib ki, tədris ili 1 sentyabr-14 iyun tarixlərini əhatə edəcək. Bu isə guya tədris ilinin 1 sentyabrdan başlayacağı barədə yanlış informasiyaya səbəb olub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da açıqlama yayıb. C.Valehov bildirib ki, Təhsil naziri Ceyhun Bayramov İTV-nin "Pressinq" verilişində 4 il bundan əvvəlki qərara - təhsil müddətinin iki həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir.

“Bunu bilmək üçün sadəcə müsahibəyə baxmaq lazımdır”, - C.Valehov qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az