t s

» » Ölkəyə dron gətirmək üçün kimlərdən icazə alınmalıdır?

Ölkəyə dron gətirmək üçün kimlərdən icazə alınmalıdır?

10-07-2019, 08:59 Yazar:  Firuzə Baxılıb: 121 Çap et
Ölkəyə dron gətirmək üçün kimlərdən icazə alınmalıdır?
Müasir dövrün unikal kəşflərindən biri də pilotsuz uçan aparatlar - dronlardır. Çoxfunksiyalı olan bu alət hərbi kəşfiyyat, izləmə, çertyoj tətbiqi, film və toy çəkilişləri kimi işlərdə istifadə edilir. Ancaq bu aparatlar Bakı səmasında elə də gözə dəymir. Səbəb isə pilotsuz uçan aparatların Azərbaycana gətirilməsi və istifadəsini tənzimləyən qanunun olmamasıdır. Dövrün tələbi olduğu üçün əksər dünya ölkələrində geniş istifadə edilən bu unikal aparatın Bakı səmasında da görünməsi üçün nə etmək lazımdır? Dronun istifadəsi üçün hansı qurumlardan icazə alınmalıdır?

Mövzu ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, ölkəyə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Ancaq ekspert bunun doğru olmadığını hesab edir:


“Qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə, dron gətirmək istəyənlər Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməli və əlavə olaraq 4 qurumun - Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin də icazəsini təqdim etməli idi.

Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik. Lakin dron gətirilməsinə icazə vermək istəyənlərin sayı günü-gündən artır. İndi də Daxili İşlər Nazirliyi dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlahiyyət verilib. Beləliklə, dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Fikrimcə, bu cür yanaşma doğru deyil”.

O.Gündüz bildirib ki, ölkəyə bir dronun gətirilməsi üçün bu qədər qurumdan icazə almağa ehtiyac olmamalıdır. Bütün bu səlahiyyətlər Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməlidir:

“Prezident Fərmanı ilə informasiya təhlükəsizliyi sahəsində kordinasiya səlahiyyətləri Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib. Belə olan halda dronla əlaqəli proseduraları elə bir quruma, məsələn, XDMX-ya həvalə etmək yaxşı olardı. Düşünürəm ki, dronların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
15:04 Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar Demokratik.az-ın rəhbəri MŞ rəhbərliyinə açıq müharibə elan etdi Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında aparılan təmizləmə işlərilə bağlı maraqlı bir müəllif yazısı paylaşıb.
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az