t s

» » İsmayıllıda güclü külək və leysan fəsadlar törətdi

İsmayıllıda güclü külək və leysan fəsadlar törətdi

10-07-2019, 07:38 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
İsmayıllıda güclü külək və leysan fəsadlar törətdi
İsmayıllı rayonunda güclü külək və leysan yağış bir sıra fəsadlar törədib.

Report xəbər verir ki, təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. Təbii hadisə zamanı rayonda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü tamamilə qopub, yağış suları evə ciddi ziyan vurub. Ailə üzvləri qonşuların köməkliyi ilə təhlükəsiz yerə köçüb.

Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:09 "Azəriqaz" sahibkarların qənimi rolunda... - ARAŞDIRMA Bugünlərdə redaksiyamıza adının çəkilməsini istəməyən iş adamı tərəfindən şikayət xarakterli müraciət daxil olub. SOCAR-ın (Dövlət Neft Şirkəti) nəzdində fəaliyyət göstərən "Azəriqaz" İstehsalat Birliyindən (İB) gileylənən iş adamı bildirib ki, adıçəkilən qurum tərəfindən ünvanlanmış "Qaz
19:05 Məcburi köçkünlər tibbi müayinədən keçdi - FOTOLAR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları
20:31 Qazax: abadlıq və tərəqqi ünvanı Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata
15:12 “Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? – ARAŞDIRMA “Azərişıq” ASC tərəfindən yüz minlərlə, bəlkə də milyonlarla istehlakçının hüquqları mütəmadi olaraq pozulur. Hüquqları pozulmuş oxucuların redaksiyaya ünvanlandığı şikayət məktublarında bildirilir ki, ödəniş müddəti başa çatmamış elektrik enerjisinin verilməsi borc səbəbi ilə dayandırılır.
09:17 Fermerlər icra başçısını ifşa etdi – FAKTLAR Füzuli rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla sübut edib. Rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az