t s

» » Əli Əliyevin adı bu dəfə xalça qalmaqalında hallandı - qohumlar arasında miras davası

Əli Əliyevin adı bu dəfə xalça qalmaqalında hallandı - qohumlar arasında miras davası

9-07-2019, 13:03 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
Əli Əliyevin adı bu dəfə xalça qalmaqalında hallandı - qohumlar arasında miras davasıÖtən il keçirilmiş seçkilərdə ölkə prezidentliyinə namizədliyini irəli sürən, ancaq qeydiyyatdan keçməyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Respublikanın Xalq Rəssamı, professor Kamil Əliyevin mirasına iddia irəli sürüb.

Bu barədə Mediaxeberleri.az-a professorun qızı – rəssam Nərminə Əliyeva Ə.Əliyevin polisə “xalça oğurluğu” ilə bağlı şikayətini şərh edərkən bildirib.

Daha əvvəl oxu.az-da gedən məlumatda Səbail rayon 9-cu polis bölməsinə Əli Əliyev tərəfindən şikayət daxil olduğu bildirilmişdi. Onun sözlərinə görə, Kamil Əliyevin Əlisəfa adlı qohumu xalq rəssamının İçərişəhər, Qala küçəsində yerləşən ev muzeyinin qapısını özündə olan açarla açaraq, oradan xalça götürüb – yəni oğurluq edib.

Lakin sonradan Əli Əliyevin polisə yalan məlumat verdiyi, bu şikayətin isə ailədaxili mülkiyyət münaqişəsinin nəticəsi olduğu üzə çıxmışdı.

Oxu.az-ın müxbirinin rəssamın qızı Nərminə Əliyeva ilə iyulun beşində baş tutan görüşündə hadisənin təfərrüatları gün işığına çıxıb.

N.Əliyeva bildirib ki, “Nəsimi” xalçasını öz istəyi ilə Xalça muzeyinin Şuşa filialının rəhbəri Əlisəfa Nuriyevə sərgidə nümayiş olunması üçün verib:

“Əvvəlcə ondan başlayım ki, atamın ev muzeyinin açarı Əlisəfa Nuriyevdə yoxdur. Xalça muzeyi rəsmi olaraq, Kamil Əliyevin ev muzeyinə müraciət göndərib ki, sonradan geri qaytarılmaq şərti ilə sərgidə nümayiş olunmaq üçün xalça versin. Mən – ev muzeyinin rəhbəri və daşınmaz əmlakın əsas hissəsinin sahibi kimi xalçanı Əlisəfa Nuriyevə şəxsən vermişəm. İndi isə sual yaranır: “Əli Əliyev kimdir?” O, sadəcə olaraq, bacımın həyat yoldaşıdır və atamın öz övladları üçün qoyduğu mirasda heç bir haqqı yoxdur. Bu halda sözügedən şikayət də absurddan başqa bir şey deyil”.

Qeyd edək ki, Nərminə Əliyeva hələ atasının sağlığında ev muzeyinin yaradılması ilə bağlı işlərlə birbaşa məşğul olmuş və proseslərin içində yer almışdı.

O bildirib ki, Əli Əliyevin “oğurluq”la bağlı həyəcan siqnalının absurd olduğunu göstərmək üçün həftənin cümə günü – iyulun beşində xalça muzeyindən “Nəsimi” xalçasını götürərək ev muzeyindəki yerindən asıb:

“Əliyev bacımın həyat yoldaşı olsa da, bizim ailəvi əmlak məsələlərimizə qarışmağa haqqı yoxdur. Bacımın payına düşən mirasın da heç bir halda ona dəxili yoxdur. Üstəlik, o, günahsız bir adamı olmayan cinayətdə ittiham eləmək hüququna malik deyil”.

N.Əliyeva, həmçinin qeyd edib ki, polislər məsələ ilə bağlı ona müraciət ediblər:

“Mən də bütün sənədləri göstərərək, polislərə ev muzeyində kimin rəhbər olduğunu sübut etdim. VİP sədrinin qeyri-adi cəhdləri hansısa olmayan cinayət işi haqqında əsas ola bilməz. Buna görə də ortada heç bir cinayət aktı yoxdur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az