t s

» » Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb

Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb

9-07-2019, 10:55 Yazar:  Firuzə Baxılıb: 28 Çap et
Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıbKənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb.

Nazirlikdən Mediaxeberleri.az-a verilən məlumata görə, zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib.

Müəssisə saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan silo və anbar üçün ayrılmış sahədən ibarətdir.

Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Emal və ya saxlanc üçün gətirilən toxumların çəkisi 60 tonluq tərəzi ilə müəyyənləşdiriləcək.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Şəki toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Şəki toxum emalı zavodu şimal bölgəsindəki toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçiriləcək.

Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
20:31 Qazax: abadlıq və tərəqqi ünvanı Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
09:17 Fermerlər icra başçısını ifşa etdi – FAKTLAR Füzuli rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla sübut edib. Rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az