t s

» » "Get, kimə istəyirsən de..." - İmişlidə məmur ağzı...

"Get, kimə istəyirsən de..." - İmişlidə məmur ağzı...

9-07-2019, 10:41 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
"Get, kimə istəyirsən de..." - İmişlidə məmur ağzı...Məmur özbaşınalığı, dövlət vəzifəsinə şəxsi mülkiyyəti kimi baxmaq heç də birinci hal deyil. Yəqin ki, belə davam edəcəyi təqdirdə sonuncu da olmayacaq. Halbuki ölkə Prezidenti cənab İlham Əliyev dövlət vəzifələrinin icraçılarının xalqa xidmətçi olmalarının altını cızaraq dəfələrlə deyib. Lakin...
Lakin bəzi məmurlarda özündən müştəbehlik hələ də qalmaqdadır. Ötən gün İmişlidəki mənbədən Mediaxeberleri.az-a daxil olan məlumatda bu tip müştəbehliyin daha bir nümunəsi təqdim edilir. Məlumatda bildirilir ki, İmişli Məşğulluq Mərkəzinn direktoru Elxan Rüstəmli rəhbərlik etdiyi qurumun fəaliyyətindən narazılıq edənlərə bir cümlə ilə cavab verir: Get kimə istəyirsən de. Əslində bu özbaşınalığın, məsuliyyətsizliyin sadəcə pikidir. Belə çıxır ki, cənab Rüstəmli özü üçün müəyyən edib ki, ölkədə cəzasızlıq rejimidir. Əslındə isə belə deyil. Hər bir qanun pozuntusunun, o cümlədən özbaşınalığın cəzası var. Bu məsələlərlə bağlı zaman-zaman nümunələrdə olub. Qayıdaq mətləbə.
Məlumatı verən mənbə bildirir ki, İmişli rayon sakini Nəcəfov Sərraf Polu oğlu 2017-ci ildən özünəməşğulluq proqramına uyğun olaraq İmişli Məşğulluq Mərkəzində növbədə dursada, ondan sonra növbəyə yazılanlar iri və ya xırda buynuzlu heyvanlarla təmin edildikləri halda, o hələ də növbəsinin gözləyir. Sərraf Nəcəfovla əlaqə saxlayan bölgə müxbirimizə şikayətçi bildirdib ki, məndən sonra növbəyə yazılanlar Mərkəz direktorunun şəxsi maraqları üzərindən istədiklərinə nail olurlar. “2018-2019-cu illərdə növbəyə duranlar artıq çoxdandır ki, Elxan Rüstəmovun “xeyir-duası” ilə öz şəxsi təsərrüfatlarını yaradıblr. Lakin hər dəfə mənim müraciətimə Mərkəz direktoru laqeyidliklə “vermirəm, get kimə istəyirsən de” – deyə cavab verir.” Şikayətçinin sözlərnə əsasən o qənaətə gəlmək olar ki, məhz bu məmurda yerində deyil. Medianın vəzifəsi bu tip məsələləri ictimailəşdirməkdir. Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev elektron KİV-lərdən birinə verdiyi müsahibəsində bildirmişdi ki, məhz bu məsələ ilə bağlı yerlərdən gələn şikayətlər çoxluq təşkil edir. Əgər şikayət çoxdursa deməli problem var. Biz birini təqdim etdik. Nəzarət və həll funksiyası isə cənab nazirə aiddir.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az