t s

» » Azərbaycanlı aparıcıdan gürcü jurnalistə sərt sözlər

Azərbaycanlı aparıcıdan gürcü jurnalistə sərt sözlər

9-07-2019, 08:40 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
Azərbaycanlı aparıcıdan gürcü jurnalistə sərt sözlər
Rusiyada fəaliyyət göstərən azərbaycanlı aparıcısı İradə Zeynalova “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalist Georgi Qabuniyanı sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, aparıcı Feysbuk hesabında atasının adının Mazdok döyüşündə babasının həyatını xilas edən gürcünün şərəfinə qoyulduğunu diqqətə çatdırıb: "Qəbirləri təhqir edən babamın, nənəmin və Aftandil adlı həmin gürcünün də xatirəsini təhqir edib. O, məni, atamı, oğlumu, həyat yoldaşımı və hörmət etdiyim, sevdiyim hamını qul adlandırıb. Onunla jurnalistika haqda danışmaq lazım deyil. Hər şey asandır. Məni, yaxınlarımın qəbrini təhqir edənin sifətini əzişdirməyə hazıram. Amma realda. Kilometrlərlə uzaq olan efirdə yox”.

Qeyd edək ki, Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:08 Novruz Məmmədov yeni Orfoqrafiya Normalarını təsdiqlədi Baş nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb. Mediaxeberleri.az Orfoqrafiya Normalarını təqdim edir: Azərbaycan dilinin Orfoqrafiya Normaları 1. Azərbaycan mənşəli sözlərin yazılışı 1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
23:45 Arif Ərşad "Babamın nağılı" (Hekayə) Evdə tək oğlan uşağı olduğumdan anam hər il yayı məni kəndə, babamgilə göndərirdi. Özünün dediyi kimi, göndərirdi ki, havamı-suyumu dəyişim, ətə-qana gəlim. Deyəsən, elə əmələ gəlirdim də, çünki kənddən qayıdandan sonra evdə bacılarım məni “Toppuş” çağırırdılar.
23:44 Arif Ərşad "Babamın nağılı" (Hekayə) Evdə tək oğlan uşağı olduğumdan anam hər il yayı məni kəndə, babamgilə göndərirdi. Özünün dediyi kimi, göndərirdi ki, havamı-suyumu dəyişim, ətə-qana gəlim. Deyəsən, elə əmələ gəlirdim də, çünki kənddən qayıdandan sonra evdə bacılarım məni “Toppuş” çağırırdılar.
01:05 “Çoxumuz bura ərimizdən xəlvət çıxırıq” - Bakının "qul bazarı"ndakı qadınlar Bakıda təkcə kişilərin deyil, qadınların da “qul bazarı” var. Maştağa kəndində “Xəyal” marketin yaxınlığındakı tinə hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi 100-dən çox qadın kiminsə qapısında günəmuzd işləmək üçün dayanıb gözləyir. Onların içində yaşlısı da var, cavan olanı da. Hətta

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az