t s

» » Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsinin açılışı olub

Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsinin açılışı olub

8-07-2019, 10:42 Yazar:  Firuzə Baxılıb: 40 Çap et
Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsinin açılışı olub Latviya Respublikasının Yekabpils şəhərində ənənvi “Şəhər günü” bayramı keçirilmişdir. 350 illik tarixi olanYekabpils şəhəri Latviyanın iri şəhərlərindən biri hesab olunur və geniş əlaqəli beynəlxalq əməkdaşlıq aparır. Bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda ölkəmizə aid guşənin açılışı olmuşdur.

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan guşəsinin açılış mərasimində Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Yekapils şəhərinin meri Ayvars Karps, Yekapils şəhərinin qardaşlaşdığı digər şəhərlərin rəhbərləri, Latviya ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsinin açılışı olub

Xatırladaq ki, Yekabpils şəhəri ilə Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi 2012-ci ilin 15 avqustunda imzalanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşmışdır. Bu günə qədər Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən dördünün - Almaniyanın Melme, Belarusiyanın Lido, Polşanın Sokolov-Podlaski və Çervonika Lesçayna şəhərlərinin şərəfinə istirahət guşələri yaradıldılmışdır. Xüsusi tərtibatla salınmış istirahət guşələrində həmin şəhərlər və mənsub olduqları ölkələr haqqında məlumatlar öz əksini tapır. Məlumatlar latış, rus, ingilis və həmin ölkələrin dilindədir.

Özünəməxsusluğu ilə seçilən növbəti, beşinci guşə isə Azərbaycana həsr olunmuşdur. Guşədə Azərbaycan, Bakı və Suraxanı haqqında məlumat latış, rus, ingilis və azərbaycan dillərində yerləşdirilmişdir. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılmışdır.

Açılış mərasimində Yekapils şəhərinin meri Ayvars Karps çıxış edərək Bakı şəhərinin Suraxanı rayonu ilə səmərəli əməkdaşlıq etdiklərini, müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan danışmış və yeni salınan sayca beşinci istirahət guşəsinin məhz Azərbaycana həsr edilməsini böyük məmnunluqla qeyd etmiş, Dauqava çayının sahilindəki xiyabanda dostluğun simvolu olan Azərbaycana həsr olunmuş guşənin yaradılmasının əlamətdar hadisə olduğunu bildirmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə şəhər meriyasına minnətdarlığını bildirərək bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti bir töhfə olduğunu qeyd etmişdir. İlqar Abbasov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışmış, şəhərlərimizin, o cümlədən Bakının daha da gözəlləşməsini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, istirahət guşəsində Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı ölkəmiz haqqında məlumatın verilməsi Yekabpils sakinlərində ölkəmizə qarşı xüsusi maraq yaradacaqdır.

Daha sonra tədbir iştirakçıları Azərbaycan guşəsində xatirə şəkilləri çəkdirmişdir.

Açılış mərasimində Azərbaycan Respublikasının Latviya Respublikasında səfirliyinin birinci katibi Tural Rəhimov iştirak etmişdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az